Məscidlərdə xaricdə təhsil alan axundların yerinə bu şəxslər gətirilir
6-10-2022, 14:45 90 dəfə baxılıb
Son günlər Azərbaycanda bir neçə məscidin imamı vəzifəsindən kənarlaşdırılıb. Onlar Azərbaycan təhsilli din xadimləri ilə vəzlənib. Bir müddətdir ki, dövlət tərəfindən yerli din xadimlərinin yetişdirilməsi diqqət mərkəzindədir. Bu da təsadüfü deyil. Xarici ölkələrdə, özəlliklə İranda təhsil alan mütəxəssislərin Azərbaycan məscidlərində dini ayinlər keçirməsi cəmiyyətin müəyyən bir hissəsində narahatlıqla qarşılanırdı. Onların keçirdiyi ayinlər və dini mərasimlərdə təhsil aldıqları ölkələrin təsiri özünü göstərirdi.
Elə bir neçə gün əvvəl İrana yaxınlığı ilə tanınan, 11 illik həbsdən sonra azadlığa buraxılan tanınmış ruhani Hacı Abgülün (Abgül Süleymanov) verdiyi müsahibə də bu qəbildən müzakirə mövzusudur. Belə ki, tanınmış ilahiyyatçının İranda baş verən hadisələrə münasibəti birmənalı qarşılanmayıb. Hacı Abgülün aksiyaların əsasına çevrilmiş Məhsa Əmininin ölümü haqda “Onu polis öldürməyib ki… Deyirlər ki, o, əməliyyat olunmuşdu başından. Üstünə bir az qışqırıblar, ola bilsin. Onun da ürəyi tutub ölüb də” deməsi İran təhsilinin Azərbaycandakı rolu barədə düşünməyə bir daha əsas verdiyini göstərib.
Artıq bu istiqamətdə vəziyyət dəyişməyə başlayıb. Belə ki, bu günlərdə Azərbaycan İlahiyyat İnstitutunun məzunları bir neçə məscidə təyinat alıb. Bir qrup şəxs isə Azərbaycanda təhsil alan şəxslərin dini məscidlərə təyinatlarına kölgə salmaq məqsədilə sosial şəbəkələrdə kampaniya başladaraq bunu məhz İranda təhsil alan şəxslərin məscidlərindən uzaqlaşdırılması kimi qələmə verməyə çalışdı.
Bəs məsələnin əsli nədən ibarətdir? Doğrudanmı imamlar İranda təhsil aldıqları üçün tutduqları vəzifələrdən uzaqlaşdırılır? “Qafqazinfo” məsələni araşdırıb.
Millət vəkili, insan haqları üzrə komitənin üzvü Fazil Mustafa saytımıza açıqlamasında qeyd edib ki, bu məsələ ilə bağlı Azərbaycanda qanunvericilik var: “Xarici ölkələrdə təhsil almış din adamlarının Azərbaycanda hər-hansı bir dini ritualları yerinə yetirməsinə icazə verilmir. Azərbaycanda yalnız müvafiq müsahibədə uğur qazanmış dini təhsilli kadrlar dini ritualları həyata keçirə bilərlər”.
Deputat vurğulayıb ki, bu məsələdə xüsusilə İranı, İranda təhsil alanları qabartmaq lazım deyil: “Bu qayda Türkiyədə, Səudiyyə Ərəbistanında təhsil alanlara da aiddir. Biz müstəqil dövlətik, müstəqil dövlətin dini sistemi də həmin dövlətin nəzarəti altında olmalıdır. Başqa ölkələr indiyə qədər boşluqdan istifadə edib ölkəmizin din məkanında kifayət qədər geniş şəbəkə qura biliblər. İndi biz ölkəmizin maraqlarını təmin etməliyik. Burada bütün xarici dövlətlərdən söhbət gedir, istisna yoxdur. Əsasən Azərbaycanda təhsil almış və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən səlahiyyəti tanınan şəxslərin dini ritualları yerinə yetirmək, məsciddə xütbə oxumaq və başqa məsələlərdə səlahiyyətləri olacaq”.
Deputat eyni zamanda qeyd edib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin razılığı olarsa, istisna qaydada xaricdə təhsil alan Azərbaycan vətəndaşları da müsahibədə iştirak edə bilərlər.
Məsələyə münasibət öyrənmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə də müraciət etdik. Qurumun dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə də qeyd edib ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliyin 8-ci maddəsinə əsasən din xadimlərinin təyinatı və attestasiyası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətləri sırasına daxil edilib: “Qanunun bu tələbindən irəli gələn məsələlərin icrası məqsədilə “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” Dövlət Komitəsinin Kollegiyasının 02 nömrəli, 22 aprel 2022-ci il tarixli Qərarı ilə təsdiq olunub, Ədliyyə Nazirliyi tərəfindən Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib. Qaydalara uyğun olaraq din xadimlərinin təyinatı və attestasiyası üçün müsahibə proqramı tərtib edilib, habelə Müsahibə və Attestasiya komissiyaları formalaşdırılıb, eyni zamanda 24.05.2022-ci il tarixində İslam dininə aid ibadət yerlərində (məscidlər) vakansiyalar üzrə sənəd qəbulu elan edilib. Beləliklə, 24.06.2022-ci il tarixdə sənəd qəbulu bitib, ümumilikdə 39 vakant yer üzrə 270 namizədin qeydiyyatı həyata keçirilib. 02 -13 avqust tarixlərində keçirilən müsahibədə sənədi qeydə alınmış 270 namizəddən 251 nəfəri iştirak edib. Onlardan 133 nəfər müsahibədən uğurla keçib, 118 nəfər müsahibədə keçid balını toplaya bilməyib, 19 nəfər isə müxtəlif səbəblərdən iştirak etməyib”.
Əlifzadə vurğulayıb ki, İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda fəaliyyət göstərəcək din xadimlərinin peşəkar dini fəaliyyətlə məşğul olacaqlarını nəzərə alaraq, “Dini etiqad azadlığı haqqında” qanuna əsasən məscidlərə birmənalı şəkildə müsahibədə uğur qazanmış dini təhsilli kadrlar təyin edilir.
Komitə rəsmisi qeyd edib ki, müsahibədə iştirak üçün sənədlərini təqdim edən şəxslər arasında Azərbaycan İlahiyyat İnstitutunun, Bakı İslam Universitetinin və orta ixtisas dini təhsil müəssisələrinin məzunları üstünlük təşkil edir: “Məlumat üçün qeyd edək ki, bu il Azərbaycan İlahiyyat İnstitutunun ilk məzunlarının buraxılışı olub. İslam dininə aid ibadət yerlərinə (məscidlər) din xadimlərinin təyin edilməsi ilə bağlı 24 may 2022-ci il tarixində elan edilmiş müsahibədə həmin məzunlar arasından uğur qazananlar və təyinat alanlar var. Lakin xüsusilə vurğulamaq istərdik ki, Azərbaycan İlahiyyat İnstitutunun məzunu olmaq din xadimi kimi təyinat almaq üçün yetərli deyil. Onlar da digər dini təhsilli Azərbaycan vətəndaşları kimi müsahibələrdə iştirak edir, müvəffəqiyyət qazandıqları təqdirdə təyinat alırlar”.
Vakansiyaların elan olunması barədə danışan Cahandar Əlifzadə qeyd edib ki, ilk növbədə dini təhsili olmayan şəxslərin fəaliyyət göstərdiyi məscidlər vakant yer kimi müsahibəyə çıxarılır. Fəaliyyətlərini davam etdirən din xadimləri arasında dini təhsilli olması barədə sənəd təqdim edən, eləcə də xaricdə dini təhsil almış şəxslər də var. Müsahibədə iştirak üçün əsas amil dini təhsildir və xarici ölkələrdə bu sahədə təhsili olan Azərbaycan vətəndaşları üçün heç bir məhdudiyyət yoxdur.
Bəs ötən il Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) neçə nəfər bitirib?
Aİİ-nin mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, indiyədək, ümumilikdə, 72 məzun olub ki, bunlardan 34-ü qızdır (İnstitut yarandığı zamandan etibarən, ali təhsil müəssisəsinin bazasına daxil olan BDU İlahiyyat fakültəsinin tələbələri də bura daxildirlər): “Aİİ yarandıqdan sonra ilk məzun buraxılışını isə bu il həyata keçirib, 35 tələbə ali təhsil müəssisəsini bitirib. Məzunlarımız Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na uyğun olaraq, bu ilin mayında elan edilmiş müsahibədə iştirak ediblər. Onlardan 8-i vakant vəzifələrə uyğun məqbul qiymətlər alıb, 6-sı vəzifəyə təyin olunub.
Ali təhsil müəssisəsini bitirən oğlan tələbələrimizdən bir çoxu hərbi xidmətə yollandığı üçün imtahanda iştirak edə bilməyib. Hərbi xidmətini başa vurduqdan sonra digər məzunlarımızın da imtahanlarda iştirak edəcəkləri gözlənilir”.
Həmçinin qeyd edilib ki, bu il elan edilmiş müsahibədə İnstitutun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov iştirak edib, Yasamal rayonunda yerləşən “İlahiyyat” məscidinə imam təyin olunub.
Məlumat üçün bildiririk ki, 2022-2023-cü tədris ili üzrə islamşünaslıq ixtisasına qəbul olan 37 nəfərdən 33-ü oğlan, 4-ü qızdır, dinşünaslıq ixtisasına isə qəbul olan 35 tələbədəndən 21-i oğlan, 14-ü qızdır.
Təyin olunan məzunların siyahısı:
Eldar Tanrıverdi

Xəbəri paylaş