Komitə sədri müəllimlərin imtahana çəkilməsinə etiraz etdi
14-10-2022, 13:58
Milli Məclisin iclasında çıxış edən Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov müəllimləri maraqlandıran mühüm məsələ barədə danışdı.Əyalətmedia.az xəbər verir ki, deputat bildirdi ki, dövlət ali təhsil müəssisəsini bitirən müəllimlərin işlə təmin olunması üçün yenidən imtahana çəkilməsini düzgün saymır: “Elələri var ki, məsələn, Pedaqoji Universitetin müəllim ixtisasını qımızı diplomla bitirir, amma həmin şəxs müəllim işləmək üçün yenidən imtahan verməli olur. Dövlət buna diplom verib, bunun biliyini qiymətləndirib. Bunun 4 il-6 il oxuduğu təhsili qoyurlar qırağa, Təhsil Nazirliyində yaranmış bir komissiya var ki, müəllimliyi bitirənlər o komissiyadan keçəndən sonra müəllim işləyə bilir. Bizdə çox sayda müəllim var, təqribən 200 min nəfər. Onların hamısının attestasiyadan keçməsi nə dərəcədə düzgündür?”
Xəbəri paylaş



























