Zaur Axundovun Azərbaycandan çıxartdığı milyonlar
2-11-2022, 14:06 117 dəfə baxılıb
10 braziliyalının hər biri minimum 10 min dollar məvacib alır Bakıda. Hər ay Braziliyaya minimum 100 min dollar gedir Azərbaycandan. İl ərzində də 1 milyon dollardan çox. Bu, braziliyalıların qazancı. Bəs Azərbaycanın qazancı nədir? 3 oyunda 0 xal? Bunun üçün ildə 1 milyon dollarımız ölkədən çıxır? 3 oyunda 3 məğlubiyyət almaq üçün Braziliyadan bir dəstə futzalçını Bakıya gətirmək, onlara il ərzində 1 milyon dollar vermək kimin ideyasıdır? Özü də bu məbləği təkcə “Araz-Naxçıvan”ın braziliyalıları aparır.
Ümumiyyətlə, futzal sahəsində təkcə “Araz-Naxçıvan” dərdi deyil dərdimiz. Azərbaycanın futzal çempionatında çıxış edən komandaların əksəriyyətinin heyəti braziliyalı və iranlılardan ibarətdir.
Belə çıxır ki, futzala yaxşı pul ayrılır. Amma bu pul futzalın inkişafına, yerli futzalçıların yetişdirilməsinə xərclənmir, Braziliya və İrana göndərilir.
Niyə? Məqsəd nədir? Sualdır də özümüz özümüzə veririk. Cavab verən isə yoxdur.
Mənbə: Publika.az
Xəbəri paylaş