Vüqar Behbudov internat uşaqlarının evlərini satışa qoyub... - İTTİHAM VAR!
21-06-2022, 12:34 172 dəfə baxılıb
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi internatda yetişmiş gənclərə mənzillər paylayıb. Bura qədər hər şey qulağa xoş səslənir, amma…
Əyalətmedia.az reportyor.info-ya istinadla məlumat verir ki, amması mənzillərin kimsəsiz gənclərə verilərkən böyük oyunun üstünün açılmasıdır. Əvvəla məlum olub ki, ailə tərkibinin sayından asılı olmayaraq, hər birinə cəmi 40 kvadratlıq mənzillər bağışlanıb. Yəni ailədə 5 nəfər olan da, 2 nəfər olan da həmin 40 kv-lıq mənzildə yaşamağa məhkumdu. Nazirliyin bu addımı atmasına səbəb isə yuxarı kvadratlı, yəni 3-4 otaqlı mənzilləri satışa çıxarmasıdır. Şikayət edən vətəndaşların sözlərinə görə, həmin mənzillərin Çıxarışları hazırlanıb və satışa qoyulub. Bununla da ƏƏSMN internatda böyümüş gənclərə belə geniş mənzillər verilməsini rəva bilməyib, onların üzərindən ev alverinə başlayıb. Bunun həm hüquqi, həm mənəvi tərəfini geniş izah etməyə ehtiyac yoxdur.
Lakin bununla məsələ bitmir, demə, ev sahibləri invertarların olmasına qol çəkiblər, deyilib ki, mənzillər mebellə, avadanlıqla təmin olunacaq. Hətta açılış mərasimində Prezident iştirak edərkən də dövlət başçısına məlumat verilib ki, mənzillər avadanlıqla təmin edilib. Ancaq bütün bunların maskarad, saxtakarlıq olduğu üzə çıxıb. Mənzillərdə mebellərdən söhbət gedə bilməz. Bu da böyük narazılıq və qalmaqal yaradıb. Nazir Sahil Babayevin qazi və şəhid ailələrinə, təqaüdçülərə etdikləri az deyil, internat uşaqlarına da artıq haqsızlığa yol verir. Hətta inventar tələb edənlər arasında bəziləri sutkalıq həbsə göndərilib. Şikayətçilər deyirlər ki, bu məsələlərin başında Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov dayanır.

Xəbəri paylaş