Keçmiş deputat Hüseyn Abdullayev və anası yenidən kassasiya şikayəti verib
13-09-2023, 14:15 189 dəfə baxılıb
Həbsdə olan keçmiş deputat Hüseyn Abdullayev, anası Zeynəb Abdullayeva və digərləri barələrində olan hökmdən kassasiya şikayəti veriblər.
Mediatv.az APA-ya istinadla xəbər verir ki, şikayət Ali Məhkəmədə hakim Nazim Mövsümovun icraatına verilib. İş üzrə məhkəmə baxışı dekabrın 6-na təyin edilib.
Xatırladaq ki, keçmiş deputat Hüseyn Abdullayev, anası Zeynəb Abdullayeva və digərləri barələrində olan hökmdən daha əvvəl kassasiya şikayəti verilsə də, sonrdan geri götürülüb.
Qeyd edək ki, ayrı-ayrı vətəndaşların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətləri əsasında 14 fevral 2018-ci il tarixdə başlanmış cinayət işi üzrə H. Abdullayevin 2006-cı ildən 2018-ci ilədək olan müddət ərzində faktiki nəzarət etdiyi “Araz-İnşaat” ASC-də onun tapşırığına əsasən, müəssisənin idarə olunmasını həyata keçirən Babayev Namiq İsmixan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Cəmiyyətə məxsus obyektləri müxtəlif vaxtlarda ayrı-ayrı şirkətlərə icarəyə verərək, ümumilikdə, 1 milyon 374 min manat məbləğində gəlirlərin Cəmiyyətin kommunal xidmət və sair xərclərinin ödənilməsinə sərf olunmasına dair digər səhmdarlara yalan məlumat verməklə 13 min 373 manat məbləğində dividentləri vahid qəsdlə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq edib. Təqsirləndirilən şəxslərdən bəziləri Dövlət Sərhəd Xidmətinin əməkdaşlarıdır. Bu səbəbdən cinayət işi Bakı Hərbi Məhkəməsinə göndərilib.
İş üzrə zərərçəkmiş şəxs qismində 28 nəfər tanınır.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Hüseyn Abdullayev 6 il, Namiq Babayev 4 il, Nazim Əliyev 3 il azadlıqdan məhrum ediliblər. Zeynəb Abdullayeva 4 min manat cərimə olunub, digər təqsirləndirilən şəxslərə isə şərti cəza verilib.
Bakı Apelyasiya Məhkəməsində təqsirləndirilən şəxslərin şikayəti təmin olunmayıb.

Xəbəri paylaş