Şəhid olan 11 nəfərin şəxsiyyəti məhkəmə genetik müayinələrdən sonra müəyyənləşdiriləcək

 
27-09-2023, 11:38            111 dəfə baxılıb
Azərbaycan Silahlı Qüvvələri tərəfindən sentyabrın 19-20-da həyata keçirilən uğurlu lokal antiterror tədbirləri nəticəsində şəhid olan 11 nəfərin şəxsiyyəti Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcək.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, antiterror tədbirlərində 192 hərbçi və 1 mülki şəxs şəhid olub, 511 hərbçi və mülki şəxs yaralanıb.



Xəbəri paylaş


 
 


Xəbər lenti