Görəsən Vüqar Kərimovun bundan xəbəri varmı ?....

 
3-11-2023, 12:18            157 dəfə baxılıb
"Nyus.az" saytına etibarlı mənbədən daxiı olan məlumata görə, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov öz yaxın adamların (qeyri-peşəkar) Regional Meşə Təsərrüfatları Mərkəzlərində rəhbər vəzifələrdə yerləşdirib.

Onlardan biri 11 saylı Regional Meşə Təsərrüfati Mərkəzinin mühafizə üzrə direktor müavini Rahib Ağayevdir.

Rahib Ağayev meşədən anlayışı olmadığı halda və yazını güclə oxuduğu təqdirdə gətirib onu 11 saylı RMTM-nə müavin təyin ediblər. Özü də mühafizə üzrə.

Mənbənin bildirdiyinə görə, "Rahib Ağayev deyir ki, məni bu məsuliyyətli vəzifədə Vüqar müəllim otuzdurub, sözün düzü mən istəmirəm hazırda tutduğum işdə çalışmaq. Çünki bu vəzifəyə gələni səhətimdə bir çox ciddi problemlər yaranıb. Görürsünüzdə, eşidirik gündə bir meşə idarəsində "həbslər" baş verir. Gec-tez o həbslərin dalğası bizim də Mərkəzə gəlib çıxacaq.

Rahib Ağayev iki ay öncə 2023-ilin noyabr ayının ortaları Meşələrin Inkişafı Xidməti tərəfindən bəzi işçilərin bilik səviyyəsini yoxlamaq məqsədi ilə keçiriləcək attestasiyadan çox narahat idi.
Çünki o, buna hazır deyildi və atessasiya bağlı olan ədəbiyyatların nəyin ki oxumuşdur, heç üzün belə açıb baxmamışdır.

Son günlər Rahib Ağayev attestasiyada yaxşı nəticə əldə edəcəyini bildirib. Buna səbəb isə yuxarıdan tapşırıldığını deyir.

Vüqar müəllimə sual verilir ki, sənin "gül vurub gülab dolduran" kadrın Rahib Ağayev bu iki il işlədiyi dönəmdə hansı kəsilmiş ağaca bir xidməti damğasın vurub və ya akt tərtib edibmi?

Rahib Ağayev mütəxəssis olmadığı halda, gəlib ali təhsilli mütəxəssislərin müsbət işlərinə kölgə salmaq istəyir.

Mərkzıin baş meşəbəyisi Cəmaləddin Əbişov kimi Rusiyada meşəçilik üzrə ali təhsil almış (Hansıki, Ulu Öndər, Voronej şəhərinə oxumağa gedəndə Cəmaləddin müəllimlə görüşüb, öz xeyr-duasın vermişdir.) və 40 ilə yaxın meşə sahəsində bişmiş bir savadlı kadırın iş karyerasına Rahib kimilər "kölgə" sala bilərmi?
Əlbətdə ki, yox.
Çünki Cəmaləddin müəllim kimi ziyalı bir kəs , hansı ki, bütün günü Mərkəzin ən çətin işləri və yükü onun üzərinə düşür. Daha Rahib kimi əksər vaxtını, öz kabinetində boş-bekar keçirdmir.

Növbəti yazılarımızda Sizə Ragib Ağayev haqqında geniş məlumat verəcəyik- Cəlilbad meşələrinə neçə "kurasiyalıq" etdiyi və Mərkəzdə boş bekar vaxtlarında hansı işlərlə məşqul olduğu və s....

Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Nyus.Az












Xəbəri paylaş


 
 


Xəbər lenti