Milli Onkologiya Mərkəzinin sifarişlərinin - 80%-İ BU ŞİRKƏTƏ VERİLİB
14-12-2023, 11:07 124 dəfə baxılıb
“Milli Onkologiya Mərkəzi” 15.05.2020- 05.12.2023 tarixləri ərzində 24 tenderin nəticələrini elan edib.
Elan olunmuş tenderlərin ümumi dəyəri 8 768 369 manat təşkil edir. Keçirilən tenderlər arasında sayca ən çox tender udan şirkət "Rad Konsaltinq" MMC olmuşdur. Sözügedən şirkət ümumi dəyəri 148 043 manat olan 3 tenderinin qalibi olub.
İkinci sırada qurumun 2 tenderini udaraq "Azəri Med" QSC və "Baki Plastik" MMC qərarlaşıb.
Qeyd edək ki, "Azəri Med" QSC qurumun ən böyük tenderlərinin qalibi olub. "Azəri Med" QSC ümumilikdə 7 219 344 manat dəyərində 2 tenderi udub.
“Azəri Med” QSC xəstəxanalar, apteklər və distribyutorları yüksək keyfiyyətli əczaçılıq məhsulları, qida əlavələri, tibbi cihazlar, sərf materialları və s. ilə təmin edir.
"Baki Plastik" MMC həmçinin 2 tenderin qalibi olub. Şirkətin udduğu tenderlərin ümumi dəyəri isə 160 257 manat təşkil edir.

Xəbəri paylaş