İranda “casusluq” ittihamı ilə həbs edilən Fəridi Azərbaycana gətirmək olar? – “Yalnız bir yolu var”
29-01-2024, 14:10 154 dəfə baxılıb
Ötən il Almaniyadan İrana getdikdən sonra itkin düşən Azərbaycan vətəndaşı Fərid Səfərli bu ölkədə casusluq ittihamı ilə həbs edilib. Onun barəsində 2 il 6 ay müddətinə həbs qərarı verilib.
Azərbaycan Xarici şlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında azərbaycanlı tələbənin hüquqlarının qorunması istiqamətində bütün addımların atılacağını bildirib.
Maraqlıdır, Fərid Səfərlinin Azərbaycana təhvil verilməsi mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Şamil Paşayev “Ekstradisiya haqqında” qanunu xatırladaraq, bunu məsələnin yeganə həll yolu adlandırıb:
“Xarici ölkələrdə tutulan, azadlıqdan məhrumetmə, yaxud digər cəzalara məhkum edilmiş Azərbaycan Respublikasının vətəndaşları Vətənə ekstradisiya oluna bilər. Bu, Azərbaycan Respublikasının “Ekstradisiya haqqında” qanunu ilə tənzimlənir və bununla bağlı bir sıra beynəlxalq müqavilələr və konvensiyalar da var. Onların tələblərinə uyğun olaraq, şəxslərin vətəndaşı olduğu ölkədə cəza çəkməsini təmin etmək mümkündür. Xarici İşlər Nazirliyi, Baş Prokurorluq və Ədliyyə Nazirliyinin Fərid Səfərlinin ölkəyə ekstradisiyası ilə bağlı birgə addımlar atması mümkündür. O, yalnız bu yolla Azərbaycana qayıda bilər”.

Xəbəri paylaş