"Məmur özbaşınalığı baş alıb gedir..." - Keçmiş nazirdən ETİRAZ
4-07-2022, 11:09 64 dəfə baxılıb
“Qəribə bir durumdayıq, ölkədə sanki bütün səviyyələrdən olan vəzifə və imkan sahibləri insanlara acı yaşatmaq, haqlarını tapdalamaq, mümkün olan və olmayan üsullarla onların son qəpiklərini əllərindən almaq üçün yarışa giriblər. Məmur özbaşınalığı baş alıb gedir”.Əyalətmedia.az Yenicag.az-a istinadla xəbər verir ki, bu fikirləri sabiq maliyyə naziri Fikrət Yusifov səsləndirib.
O bildirib ki, biznesmen məmur və deputatların yaratdıqları monopoliya ölkə həyatını iflic halına salıb:
“Korona bizdən əl çəkib, biz ondan qurtula bilmirik, quru sərhədləri nədən açmırıq? Bu sərhədlərin bağlı saxlanılmasının bizə verdiyi nədir?
İnsanlar qonşu ölkələrə quru yolla deyil, yalnız “Azal”ın reallıqdan uzaq, qonşu ölkələrlə müqaisədə 4-5 dəfə baha biletləri ilə uçmağa məcbur qalırlar və deməli daha çox maddi itkilərlə üzləşirlər.
Gürcüstana, İrana, Rusiyaya quru yolla gedən sadə vətəndaş oradan ailəsi üçün daha ucuz və keyfiyyətli ərzaq, dərman və s. alıb gətirə bilirsə və ya bu ölkələrdə daha ucuz və keyfiyyətli tibbi xidmət əldə edirsə, bunun nəyi pisdir? Mövcud monopoliya öz işini “ustalıqla” görür.
İnsanlar qonşu ölkələrə az xərclə quru yolla deyil, bahalı “Azal” biletləri ilə uçmalıdırlar, yerli marketlərdən və apteklərdən baha və keyfiyyətsiz məhsullar almalmağa məcbur qalmalıdırlar, bir sözlə mümkün qədər pis yaşamalıdırlar”.
Fikrət Yusifov qeyd edib ki, bu gün cəmiyyətdə buna bənzər eybəcərliklərin sayı–hesabı yoxdur:
“Meyvə-tərəvəz ölkəsi olan vətənimizdə mövsümü meyvələrin qiymətləri od tutub yanır.
Marketlərdə və bazarlarda insanları hər vəchlə həm çəkidə və həm də qiymətdə aldadırlar. Yanacaqdoldurma məntəqələrində sənin avtomobilin üçün aldığın yanacağın 10%-ni açıq aşkar oğurlayırlar daha hansını deyəsən…
Görəsən, bu ac və talançı məmurların gözləri nə vaxt doyacaq?”
0

Xəbəri paylaş