RİH-in saytında Prezidentə QADAĞA QOYULUB?
4-07-2022, 11:19 51 dəfə baxılıb
Bu gün informasiya əsrində yaşadığımız barədə həvəslə danışsaq da, görünən mənzərə acı təəssüf doğurur. Əslində isə bəzi qurumlar hələ də keçən əsrdə qalıb. Artıq bunu görmək üçün çox da əziyyət çəkmək lazım gəlmir. Sadəcə onların internet saytlarına göz gəzdirmək yetərli olur.
Dövlət və vətəndaş münasibətlərində informasiya mübadiləsini həyata keçirən ən önəmli strukturlardan biri də dövlət orqanlarına məxsus veb-saytlar hesab olunur. Mən də, Kəlbəcərdə doğulan, o torpağı sevən, həm də media sahəsinə yaxın olan vətəndaş kimi Kəlbəcər rayon İcra Hakimiyyətinin veb-saytının hansı səviyyədə olduğunu öyrənmək məqsədilə rəsmi sayta nəzər saldım.
Əsas səhifədə on gündən çoxdur ki, yenilənmə aparılmır. Yəni heç bir informasiya yerləşdirilmir. Köhnə, necə deyərlər, «kif iyi verən» xəbərlər isə rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevin səyyar görüşlərinin statistikasını əhatə edir. Yəni doğrudanmı İcra Hakimiyyətinin binasında «gün keçirən» insanlardan kimsə bu barədə düşünmür?
Təəssüf ki, bu suala birmənalı cavab vermək mümkün deyildir. Yerli İcra Hakimiyyətinin saytının bərbad vəziyyətdə olması, günlərlə yenilənməməsi ciddi problemdir. Ancaq adamı düşündürən, bir vətəndaş kimi narahat edən daha ciddi problemlər var.
Saytda “Rayonun işğalı” adlı bölmə var. Doğrudur, keçmişi unutmamalı, torpaqlarımızın işğalı ilə bağlı tarixi məlumatları gələcək nəsillərə çatdırmalıyıq ki, düşmənimizi unutmayaq. Demirik ki, saytda rayonun işğalı ilə bağlı məlumatlar olmasın. Ancaq “İşğal” bölməsi ilə yanaşı, “Zəfər” bölməsi də yaradılmalıdır. Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuz bu rayonları düşmən işğalından azad edib. Saytda Vətən müharibəsi, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı məlumatları özündə əks etdirən bölmələr yaradılmalıdır.
Bu cür rəsmi saytlar şəhərlərimizi, rayonlarımızı təbliğ etmək, onlar haqda yeni məlumatlar paylaşmaq, vətəndaşların problemlərini işıqlandırmaq əvəzinə, yerli icra başçısının hər hansı tədbirdəki çıxışını xəbər lentlərində paylaşmaqla kifayətlənirlər. Ancaq belə görünür ki, Kəlbəcər rayon İcra Hakimiyyətinin səlahiyyətliləri bunu artıq iş hesab edirlər.
Deməli, bu «işgüzar» məmurlar vətəndaşların elktron müraciətlərinə necə cavab verirlər, onu bir Allah bilir.
Bu sayt prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatları əks etdirmir. Rayonun turizm potensialı təbliğ olunmur. Saytda işğaldan azad olan rayonun tarixi-mədəni abidələri haqqında məlumatlar, foto və videolar isə demək olar ki, yoxdur. Bir sözlə, yeni yanaşmadan söhbət belə gedə bilməz. Bir vətəndaş, bir gənc, bir potensial turist bu sayta daxil olub nə öyrənə bilər?
Xatırladaq ki, dövlət başçısı bu günlərdə Kəlbəcər rayonuna səfər edib.
Dövlətimizin başçısına Kəlbəcər şəhərinin baş planı təqdim edilib. Sonra Prezident İlham Əliyev Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun təməlini qoyub, tikilməkdə olan “Çıraq-1” kiçik su elektrik stansiyasında olub. Burada dövlətimizin başçısına hazırda rayonda 5 yerdə inşa edilən elektrik stansiyaları barədə məlumat verilib.
Prezident İlham Əliyev Kəlbəcər rayonunda İstisu sanatoriyasının təməlini qoyub.
Təəssüf ki, bu səfər və keçirilən tədbirlər barədə rayon icra hakimiyyətinin saytında bir cümlə ilə belə məlumat verilməyib.
İndi siz deyin: bu sayt rayon İcra Hakimiyyətinindir, yoxsa Azər Qocayevin.
P.S. Qarşı tərəfi də dinləməyə hazırıq.
siam.az
0

Xəbəri paylaş