Yarım milyard kapitalı olan “Azərsilah”ın direktoru kimdir? – Dosye
3-07-2024, 11:38 141 dəfə baxılıb
Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərəcək “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) dövlət qeydiyyatına alınıb.
“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC ötən ilin sentyabr ayında Prezident İlham Əliyevin Fərmanı əsasında yaradılıb.
Qeyd edək ki, QSC silah istehsalının, ixracının, satışının təşkilini həyata keçirəcək, tabeliyində olan hüquqi şəxslərin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, onların maliyyə sabitliyinin və dayanıqlılığının yaxşılaşdırılması sahəsində işləri yerinə yetirəcək.
Nizamnamə kapitalı 500 milyon manat olan QSC-nin qanuni təmsilçisi İbrahimov Emil Əhməd oğludur. Emil İbrahimov daha əvvəl “PAŞA Sığorta” ASC-nin Audit Komitəsinin sədri olub. 2001-2005-ci illərdə Dövlət İqtisad Universitetində bakalavr, 2006-2009-cu illərdə Türkiyənin Dokuz Eylül Universitetində magistr təhsili alan Emil İbrahimov əmək fəaliyyətinə 2004-cü ildə “Azpetrol” şirkətində başlayıb. Daha sonra “Azərsun Holdinq”, “Ernst and Young” şirkətlərində işləyib. 2013-cü ildən etibarən “PAŞA Sığorta” ASC-də çalışır.
Məlumat üçün onu da qeyd edək ki, müdafiə sənayesi naziri Vüqar Mustafayev də daha əvvəl “PAŞA Sığorta” ASC-də Təftiş Komissiyasının sədri olub.\\Yeniavaz.com

Xəbəri paylaş