Liposaksiya əməliyyatı zamanı ölən qadının daxili orqanlarına da ziyan vurulubmuş — VİDEO
19-07-2024, 13:29 110 dəfə baxılıb
Mərhumun bacısı Gülər Əliyeva klinikanın və həkimlərin qanunsuz fəaliyyət göstərdiyini bildirib:
“Əməliyyat otağında nə baş verdiyini bilmirik, çünki biz onlardan kamera görüntülərini tələb etdik, amma yox idi. Əməliyyata girmədən öncə bacımdan bir çox analizlər alınmayıb, sadəcə qan analizi var. Mənə orada dedilər ki, Aybənizin vəziyyəti düzəlib, yaxşıdır, heç bir həyati təhlükəsi yoxdur. Amma dediklərinin hamısı yalan imiş. İlkin tibbi yardım zamanı bacımın daxili orqanlarına ziyan vurulub”.
Gülər Əliyevanın sözlərinə görə, liposaksiya edən həkim lazeroloqdur.
“Biz bu haqda Aybəniz komada olanda öyrəndik. Mahmudov Babəkin anestezioloq olaraq heç bir təcrübəsi yoxdur. Əli Hüseynov da həmçininn o xəstəxananı qanunsuz işlədirmiş”.
Klinikanı qanunsuz işlətdiyi iddia edilən Əli Hüseynov isə deyilənləri təkzib edib:
“Mənim klinikam deyil, rəhbəri də mən deyiləm”. Anestezioloq Babək Mahmudov da məsələdə günahı olmadığını bildirib.
Ətraflı Baku TV-nin süjetində:
Xəbəri paylaş