Gəncə sakini partlayışda həyat yoldaşını itirdi, oğlu yaralandı... BU DA MÜNASİBƏT... - “Xalq Sığorta” məni 2 il yarım süründürdü”
15-08-2024, 12:13 145 dəfə baxılıb
3 il əvvəl Gəncədə - şəhərin Nəvai küçəsindəki fərdi yaşayış evlərindən birində qaz sızmasından partlayış olub. Nəticədə 44 yaşlı Sahibə Verdiyeva dünyasını dəyişib, oğlu 23 yaşlı Əli isə ağır xəsarət alıb. Onun bədəninin təxminən 40 faizi yanıb – bu gün də üzərində xəsarət izləri qalıb, əməliyyata ehtiyacı var. Verdiyevlər ailəsinin yaşadığı ikimərtəbəli ev isə partlayış zamanı dağılıb.
Bizimyol.info xəbər verir ki, hadisənin baş verdiyi ev sığortalı olub. Amma evin sahibi – partlayış nəticəsində həyat yoldaşını itirmiş Mahir Verdiyev deyir ki, buna baxmayaraq, sığorta ödənişinə görə illərlə sürünüb.
Verdiyevlər ailəsinin yaşadığı ev “Xalq Sığorta” şirkəti tərəfindən sığortalanıb. Mahir Verdiyev Bizimyol.info xəbər portalına danışır ki, hadisədən sonra ona 20 min manat sığorta ödənişi vəd olunub: “Bizim ailə elə bir zərbə alıb ki, onu heç nə ilə əvəz eləmək mümkün deyil. Həyat yoldaşımı itirmişik, oğlumun günü bu gün də əməliyyata ehtiyacı var. Bu, məsələnin mənəvi tərəfi. Elə maddi baxımdan da çox böyük ziyan çəkmişik. İkimərtəbəli ev yerlə-yeksan olub, üç ildir qohum-əqrəba evindəyik. Sığorta müqaviləsində göstərilən 20 min evin dağılması, içindəki əşyaların məhv olması nəticəsində çəkdiyimiz ziyanın az hissəsidir. Amma yenə də nəsə eləmək olardı. Amma onu da vaxtında vermədilər, sığorta şirkəti məni 2 il yarım süründürdü”.
Mahir Verdiyevin bildirdiyinə görə, bu il fevralın sonunda “Xalq Sığorta” ona 19 min 200 manat ödəyib. Deyir ki, sığorta şirkətinin onu yubandırdığı iki il yarım ərzində inşaat materiallarının da, əşyaların da qiymətləri kəskin bahalaşıb: “Hadisədən dərhal sonra versəydilər, yenə də müəyyən işlərimi görə bilərdim. Hər gün ölkədə qiymətlər bahalaşır, pul dəyərdən düşür”.
Sığorta ödənişinin gecikdirilmə səbəbinə gəlincə, şirkətdən bildirilib ki, hadisə ilə bağlı yekun məhkəmə hökmü çıxarılmalıdır.
Verdiyevlər ailəsinin evindəki partlayış, Sahibə Verdiyevanın ölümü və oğlunun xəsarət alması ilə əlaqədar hadisədən sonra Fövqəladə Hallar Nazirliyinin İstintaq İdarəsində cinayət işi başlanıb. Mahir Verdiyevin bildirdiyinə görə, 2021-ci ilin payızında “Bakı Abadlıq” MMC Gəncədə işıqlandırma işləri apararkən onların yaşadığı Nəvai küçəsində də bu məqsədlə qazıntı aparıblar. Qazıntı zamanı traktor onların evinin qarşısından keçən qaz xəttini zədələyib. Oradan sızan qaz kanalizasiya vasitəsilə evə dolub. Hadisə günü gecə saatlarında Sahibə Verdiyeva mətbəxdə oğluna yemək qızdırarkən qazı yandıranda partlayış baş verib.
Ekspertizanın rəyinə görə, evin dağılması, əşyaların sınması nəticəsində Verdiyevlər ailəsinə 170 min manat maddi zərər dəyib. Ekspertlər 113 min manat evin tikintisi, 57 min manat isə əmtəə itkisinə görə ziyan hesablayıblar.
Hadisə ilə əlaqədar “Təmiz Qaz” QSC-nin Gəncə Regional Mərkəzinin xətt baxıcısı Kamran Bəylərov cinayət məsuliyyətinə olunub. İddia olunur ki, o, qaz xəttindəki sızmanı müəyyən etməli idi. Ona cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə, 3 il azadlıqdan məhrumetmə cəzası verilib.
51 yaşlı Kamran Bəylərov isə bu ittihamı qəbul etmir, 2023-cü ilin noyabrında özü haqqında çıxarılmış hökmdən də apellyasiya şikayəti verib. Onun şikayətinə Gəncə Apellyasiya Məhkəməsində baxılır. Bu işlə bağlı növbəti məhkəmə prosesi sentyabrda keçiriləcək.
Mahir Verdiyev deyir ki, sığorta üçün hadisədən dərhal sonra müraciət etmişdi. Lakin ona deyilib ki, hökm olmalıdır, sonra ödəniş edilə bilər: “Əvvəl nə qədər istintaq getdi, sonra məhkəmə prosesi. Hökm noyabrda çıxdı. Başa düşə bilmirəm ki, hökmün sığorta ödənişinə nə aidiyyəti var? Fakt ortadadır, hadisə baş verib, görüntülər var, müqaviləmiz var, niyə ödəmək istəmirdilər, aydın deyil. Mütəxəssislərdən də soruşmuşdum, dedilər ki, sığorta şirkəti hökmü gözləməməlidir, qısa müddətdə ödəməlidir. Sığorta şirkəti mənə deyirdi ki, hökmlə zərərçəkən müəyyənləşməlidir, biz də pulu həmin qurumdan, ya adamdan almalıyıq”.
Bu yaxınlarda Milli Məclisin İqtisadi Qanunvericilik Şöbəsi sığorta hadisəsindən sonra ödənişlərlə bağlı şərh verib: “Daşınmaz əmlakın icbari sığortası üzrə hər hansı halın sığorta hadisə hesab edilməsi heç bir təqsirlə əlaqələndirilməyib. Yəni daşınmaz əmlakın icbari sığortası növündə hadisə baş verdikdə hər hansı şəxsin təqsirinin müəyyən edilməsi tələb olunmur”.
Mərkəzi Bankın bugünlərdə açıqladığı şikayət indeksində də “Xalq Sığorta” ən çox şikayət olunan sığorta şirkətlərindən biri kimi göstərilib. Bu şirkət ən çox şikayət olunan sığorta şirkətləri sıyahısında ikinci yerdədir.

Xəbəri paylaş