“Azad Rəhimovun oğlu gəlib hakim qarşısında cavab versin!”
18-11-2024, 14:24 128 dəfə baxılıb
“Formula 1”ə ayrılan pulları mənimsəməkdə ittiham olunan Bakı Şəhər Halqası əməliyyat şirkətinin sabiq şöbə rəisi Çingiz Mehdiyevin məhkəməsi davam edir.
Mediatv.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda Mehdiyev işdə adı keçən bəzi şəxslərin dindirilməsini istəyib.
Onlardan birincisi isə mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovdur. A.Rəhimov cinayət baş verən dövrdə Bakı Şəhər Halqası Əməliyyat şirkətinin rəhbəri işləyib. Amma bu işin istintaqı zamanı onun barəsində cinayət işi başlanmasından imtina edilib.
Müttəhim hesab edir ki, Arif Rəhimovun onun gördüyü işlərin hamısından xəbəri var. Xaricdə yerləşən şirkətlərin ona aid olub-olmamasından məlumatlıdır. Onun vəkili bu məsələ ilə bağlı əsaslar sadalayaraq vəsatət qaldırıb.
“Arif Rəhimov şirkətin rəhbəri olub. “Formula 1” elə-belə yarış deyil. Yarışın təşkili üçün 150 milyon pul ayrılır. Belə olan halda rəhbər kimi dövlətin hər qəpiyinin xərclənməsinə nəzarət etməli idi. Gəlsin hakim qarşısında cavab versin”, - Çingiz Mehdiyevin vəkili Araz Hüseynli deyib.
Prokuror Orxan Səmədov vəsatətin təmin edilməsinə etiraz etməyib: “Hesab edirəm ki, sözügedən şəxsin fəaliyyəti ilə bağlı nə isə qanunsuzluq olsaydı, istintaq vaxtı buna qiymət verilərdi. Amma sırf münasibətlərin aydınlaşdırılması üçün Arif Rəhimovun əlavə şahid kimi dindirilməsinə narazı deyilik”.
Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi hakimlər vəsatəti hələ ki baxılmamış saxlayıb. Qarşıdakı iclaslarda bununla bağlı qərar veriləcək.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təchizatçısı Zaur Məlikaslanov, Çingiz Mehdiyevin müavini olmuş və hazırda Amerikada yaşayan Urfan Tağızadə bu iş üzrə şahid qismində tanınsalar da, məhkəməyə gəlmirlər. Onlar barəsində məcburi gətirilmə qərarı çıxarılıb. Qərarın icrası polisə həvalə edilib.
Daha sonra müdafiə tərəfi əvvəl verdikləri bir vəsatətin də baxılmasını məhkəmədən xahiş edib. Vəsatətdə deyilir ki, 2015-2020-ci illərdə Hesablama Palatası Bakı Şəhəri Halqası şirkətində audit hesabat keçirib. Amma həmin hesabat təqsirləndirilən şəxsə verilmir.
Vəkil məhkəmədən həmin hesabatın onlara təqdim olunmasında köməklik göstərilməsini istəyib. Hakim bu məsələyə də növbəti proseslərdə baxılacağını deyib.
Prosesin davamında sənədlərin tədqiqi başlayıb, təqsirləndirilən şəxs müxtəlif epizodlar üzrə sorğu-sual edilib.
Prokuror ondan Amerikaya köçdükdən sonra nəyə görə adını dəyişdiyini soruşub. Ç.Mehdiyev 2006-cı ildə şəxsi səbəbdən adını dəyişdiyini, bu işə aidiyyatı olmadığını deyib.
Növbəti iclas 16 dekabra təyin edilib.
Qeyd edək ki, Çingiz Mehdiyev “Formula 1” oyunlarının təşkilinə ayrılmış 400 min manata yaxın dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.
Mehdiyev həbsdə deyil. Onun haqqında məhkəmənin sonuna kimi “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.

Xəbəri paylaş