“Payım” kolbasa və sosis istehsalçısı cərimələndi – MƏHKƏMƏ

 
26-11-2024, 13:21            88 dəfə baxılıb
“Payım” ticarət markası ilə kolbasa və sosislər istehsal edən “Al-Sana” MMC növbəti dəfə cərimələnib.
Tribunainfo.az xəbər verir ki, kolbasa və sosis istehsalçısı olan firmanın məcburi auditdən yayındığı məlum olub. Belə ki, “Al-Sana” MMC İnzibati Xətalar Məcəlləsinin maliyyə və sığorta qaydaları əleyhinə olan 464-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

“Payım” kolbasa və sosis istehsalçısı ilə bağlı iş baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. 3 dekabr tarixində hakim Rauf Daşdəmirovun sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, dəfərlərlə bu və ya müxtəlif maddələrlə cərimələnən “Al-Sana” MMC “Payım” ticarət markası ilə kolbasa və sosis istehsal edir. Şirkətin direktoru Samir Orucovdur.
Qarşı tərəfi dinləməyə hazırıq.



Xəbəri paylaş


 
 


Xəbər lenti