Mingəçevirdə şəhid Fuad Xankişiyevin döyüş yoludan bəhs edən “Mən Gedirəm” kitabının təqdimatı keçirildi
2-12-2024, 11:24 79 dəfə baxılıb
“Mən Gedirəm” kitabının təqdimatı Mingəçevir şəhər Heydər Əliyev mərkəzində baş tutmalı idi. 30 noyabrda tezdən dostum Zərdabi Abbasovun maşınıyla müəllif Mənsurə Qaçayqızı, şairə Könül Vuqarlı, Fəridə Abdullayeva və mən yola rəvan olduq. Qeyd edək ki, “Mən Gedirəm” kitabının müəllifi Mənsurə Qaçayqızıdır…
Mingəçevir şəhərinin girişində bizi qarşılayıb şəhidin yaşadığı ünvana apardılar. Evin qarşısında Şəhid Fuad Xankişiyevin adına inşa olunmuş bulaq diqqətimizi cəlb elədi. Abidənin sol hissəsində Fuad Xankişiyevlə döyüşdə şəhid olan şəhidlərin şəkilləri vurulmuş stent, digər tərəfdə isə 44 Günlük vətən müharibəsində Mingəçevirdən olan şəhidlərin şəkilləri olan lövhə, bu mənzərəyə başqa bir rəng qatırdı. Bura bir cəng meydanına bənzəyirdi. Heç şübhəsiz ki, bu mənzərə yetişməkdə olan Azərbaycan gəncliyinə vətənpərvərlik, vətəni necə sevmək və uğrunda qəhrəmancasıa şəhid olmaq kimi böyük duyğular aşılayır.
Şəhidimizin anası Xankişiyeva Saqibət bizi evin girişində qarşıladı. Nur üzlü şəhid anası qonaqpərvər xanım ailə üzvləri ilə bizi gözləyirdi. Şəhidin bibisi də bizi qarşılayanların arasında idi. Çox səmimi qadındır. İlk olaraq biz evdə yaradılmış şəhidin ev muzeyini ziyarət etdik. Evin hər bir qarışında şəhidin əl izləri görünürdü. Məlumat üçün qeyd edim ki, şəhid Fuad Xankişiyevin güclü idmançı kimi müxtəlif yarışlarda iştirak edib qələbə qazanması divara asılmış medallrından, dekor-dizayner kimi sənət sahibi olduğu da onun divarları bəzəmiş əl işlərindən görünürdü. Divrarlarda əşyalardan düzəldilmiş və özündə böyük məna daşıyan rəsmlər böyük bir muzeyi xatırladırdı. Şəhid Fuad Xankişiyevin ötən illərdə nələri öyrəndiyi bütövlükdə onun əl işlərində əks olunmuşdu. Saqibət xanım şəhid oğlu haqqında onun necə bir qorxmaz, cəsarətli, düşüncəli və vətənpərvər olduğu barədə bizə məlumat verib, yaratdığı hər bir rəsm barədə xatirələrini bizimlə bölüşürdü…
Sonda muzeydə xatirə şəkilləri çəkdiririk.
Şəhidlər Xiyabanını ziyarət etdik
İlk olaraq yaxınlaşırıq Mingəçevir şəhidlər xiyabanına. Qeyd edək ki, şəhidlər xiyabanı şəhərin mərkəzində yerləşir. Birinci və İkinci Qarabağ müharibəsində şəhid olanlar bu xiyabanda dəfn olunub. Şəhidlərin məzarını bir-bir ziyarət edirik. Saqibət xanım tanıdığı şəhidlər barədə bizə geniş məlumatlar verirdi. Xiyabanın digər tərəfində isə itkin düşən şəhidlərin şəkillərinin stenti yerləşdirilib. Oranı da ziyarət etdik. Birdən Milli Qəhrəman Natiq Qasımovun stentdə şəkilini görüb ayaq saxlayırıq. Səngər tv-nin efirindən Aqil Alışovun Natiq Qasımov barədə məlumatları davamlı olaraq səsləndirməsini bir anlıq xatırlayıram. Onun düşmən mühasirəsində necə mətn və cəsarətlə döyüşdüyü və sonda üçrəngli bayrağı heç kimə vermədən əsir götürüldüyü anlardan danışıb, xatirə şəkili çəkdiririk.
Heydər Əliyev Mərkəzində tədbir başladı
30 noyabr 2024-cü il tarixdə Mngəçevir şəhəri, Heydər Əliyev Mərkəzində Mənsurə Qaçayqızının şəhid Fuad Xankişiyev haqqında yazdığı kitabın təqdimatı başladı. Tədbirin aparıcısı ilk olaraq tədbir barədə məlumat verib sözü mənə verir. Mən də dərhal çıxışıma başlayıram. Müəllifin “Mən Gedirəm” kitabına niyə bu adı verməsi barədə düşüncələrimi bölüşüb, kitabdakı ayrı-ayrı yazılar barədə məlumat verirəm. Müəllif bu kitabda əsas olaraq şəhidin necə qorxmaz vətənpərvər, idmançı, dekor-dizayner olması barədə ayrıca məlumat verdiyni bildirirəm. Kitabın adınnın məhz “Mən Gedirəm” olması isə ayrıca səbəbləri özündə ehtiva edir. Müəllif digər bir epizodda isə qəhrəman şəhidin döyüş yolundan yazır. Həmçinin onun döyüş yoldaşlarının söylədiklərini kitabda qeyd edib. Kitabda eyni zamanda şəhidin yaxınları, dostları, müəllimləri və onu tanıyanların xatirələri qeyd olunub. Belə kitabların cəmiyyətdə gənclərə vətənpərvərlik hisslərinin necə aşılanmasında hansı rol oynadığını hər kəs bilir. Bura daxildir qəhrəmanlar haqqında yazılan kitablar, məqalələr, çəkilən filmlər. Əlbəttə ki, bu isə hər kəsdə böyük ruh yüksəkliyi yaradır…
Növbəti söz Şairə Könül Vuqarlıya verildi. O, da kitab haqqında danışıb, özünün yazdığı şeiri səsləndirdi.
Sonra tədbirdə çıxış üçün söz Mingəçevir şəhər icra hakimiyyətinin veteranlarla iş şöbəsinin böyük məsləhətçisi Seymur Hidayətova verildi.
Seymur bəy özü haqqında məlumat verərək bildirdi ki, biz rəhmətlik şəhid Fuad Xankişiyevlə birlikdə Füzuli cəbhəsində döyüşdə olmuşuq. “Onu qorxmaz, vətənpərvər və cəsarətli bir insan kimi tanıyırdım. Mən bu kitabı sona qədər oxumuşam. Müəllifə çox böyük təşəkkür edirəm. Belə kitabların davamlı olmasını arzulayıram. Bu kitablar gənclərimizə vətənpərvərlik ruhu aşılayır. Saqibət xanımla ara-sıra danışırıq. Son danışığımızda mənə dedi ki, kitab təqdimatı olacaq. Səni ora dəvət edirəm. Düzü, təcili iş üçün Bakıya getməliydim. Amma mən fikirimdən daşındım. Dedim ki, mən mütləq bu tədbirə qatılacam. Və bu gün buradayam. Burada oturan şəhid anaları bizim üçün çox əzizdir. Bizim borcumuz onların xidmətində durmaqdır. Allah bütün şəhidlərimizin məkanını cənnət eləsin.”-deyə çıxışçı sözünü yekunlaşdırdı.
Daha sonra Mədəniyyət həmkarlar idarəsinin Mingəçevir şöbəsinin müdiri Leyla Məmmədova, Aran Regional mədəniyyət idarəsinin əməkdaşı Zəfər Hacıyev, Zərdabi Abbasov çıxış edərək bu kitabın cəmiyyətə nə qədər faydalı olacağından danışıb, yekunda müəllifə uğurlar arzuladılar.
İlahiyyətçı Cavid Ələmdarov isə çıxışında çox maraqlı məqamlara toxunaraq bunları ifadə etdi. “Şəhidlərin məqamı cənnətdən də yuxarıdadır. Onlar Allahın yanındadır, Allah yolunda şəhid olublar. Allah rəhmət eləsin cəmi şəhidlərimizə”.
Sonra söz “Mən Gedirəm” kitabının müəllifinə verildi. Müəllif tədbirdə iştirak edən şəhid analarına, ictimaiyyət nümayəndələrinə təşəkkür edib, kitab barədə tədbir iştirakçılarına geniş məlumat verdi. “Mən bu kitabı yazarkən sanki şəhidimizin döyüşdüyü əraziləri xəyalən gəzdiyimi və onlarla bərabər düşündüyümün duyğularımda canlandığını hiss edirdim”- deyə müəllif həyacanla çıxışına yekun vurur.
Daha sonra Fuad Nəbiyev Şəhid Fuad Xankişiyev haqqında çəkdiyi film barədə tədbir iştirakçılarına məlumat verdikdən sonra, filmin nümayişinə başlandı.
Tədbirin sonunda şəhidin anası Saqibət Xankişiyeva tədbirdə iştirak edən şəhid analarına, ictimaiyyət nümayəndələrinə və digər tədbir iştirakçılarına minnətdarlıq edib, müəllifə təmənnasız kitab yazdığına görə xüsusi təşəkkürünü bildirdi. “24 illik ömrü 100 səhifəlik bir kitaba yerləşdirdik. Gələn ayaqlarınız var olsun, hər birinizə minnətdarlığımı bildirirəm”-deyə Saqibə Xankişiyeva göz yaşlarını silə-silə tədbirə yekun vurdu.
Sonda xatirə şəkili çəkildi.
Subut Mehdiyev, araşdırmaçı jurnalist

Xəbəri paylaş