“Mənə qara yaxmayın, yoxsa özümü öldürərəm” - Vaqif Abbasov

 
3-06-2022, 14:24            90 dəfə baxılıb
“AMEA tarixində ədalətsizliklərə görə özünü öldürən bir şəxs olub. O, Heydər Hüseynovdur, mən də ikincisi olaram. Mənə qara yaxmayın! İnstitutla düşmən olmayın”.
“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, bunu AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov akademiyanın Rəyasət Heyətinin xüsusi iclasında deyib.
O bildirib ki, rəhbərlik etdiyi institutun 552 əməkdaşı var və 11 ildə quruma 48 milyon pul ayrılıb: “Onun 36 milyonu əməkhaqqıdır. Bu pulun 4-5 milyonunu yemək olar, ay akademiklər. Rəyasət Heyətində qərar çıxarılsın və yoxlamaların nəticələri ortaya qoyulsun”.
V.Abbasov söyləyib ki, guya üç il əvvəl başqa bir institut üçün cihaz alınıb və Neft-Kimya Prosesləri İnstitutuna təqdim olunub: “2017, 2018 və 2019-cu illərdə Neft-Kimya Prosesləri institutuna bir dənə də unikal cihaz alınmayıb. Mən institut üçün lazım olmayan cihazı inventar kimi qəbul edib saxlaya bilmərəm”.
AMEA rəhbərliyi ilə görüşə bilmədiyini deyən baş direktor daha sonra təkliflə çıxış edib: “İnstitut direktorlarının Rəyasət Heyətinin iclaslarında iştirakı təmin edilsin. İclas qapalı olmamalıdır”.



Xəbəri paylaş


 
 


Xəbər lenti