“Azərişıq” daha 6 xidməti elektronlaşdırdı

 
19-07-2022, 13:33           
“Azərişıq” ASC göstərdiyi xidmətləri onlayn platformaya inteqrasiya etməkdə davam etdirir.
“Əyalətmedia.az” xəbər verir ki, bununla da vətəndaşların olduğu yeri tərk etmədən, vaxt itkisi olmadan “Azərişıq” ASC-nin xidmətlərindən yararlanmaq imkanınları genişləndirilir. Bunun üçün əhali və qeyri-əhali abonentləri e-gov.az və ya e-service.azerishiq.az portalı vasitəsilə müraciət edə bilərlər. Aşağıda qeyd edilən 6 yeni xidmət “Azərişıq” ASC-nin elektron xidmətlərinə əlavə edilib.
          Əlavə edilən yeni xidmətlər
-Borcun olmaması barədə sənədin verilmə müraciətlərinin qəbulu 
Əhali və Qeyri-Əhali istehlakçısının aktiv və passiv edilməsi barədə elektron müraciət   
Elektrik təchizatı sistemlərinin layihələndirilməsi və quraşdırılma işləri  
İstehlakçının balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi   
Məcburi köçkün qrupuna aid abonentlərdən müraciətlərin qəbulu   
YÜK HESABATININ hesablanması   
          İndiyədək mövcud olan elektron xidmətlər  
Abonentin geniş tarixçəsinin verilməsi   
Əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması   
Əhali istehlakçısının ad dəyişdirilməsi 
Əhali və Qeyri-Əhali abonentinin sayğac zədələnməsinin araşdırılması  
Enerji haqlarının internet vasitəsi ilə ödənilməsi  
Qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması









Xəbəri paylaş


 
 


Xəbər lenti