Almaniya Polşadakı torpaqlarını GERİ QAYTARMAQ İSTƏYİR

 
17-08-2022, 12:35            61 dəfə baxılıb
Almaniya Polşa sərhədləri daxilində əvvəllər ona məxsus olan torpaqları geri qaytarmaq istəyir.
Əyalətmedia.azxəbər verir ki, bu sözləri çərşənbə günü, avqustun 17-də Polşa Milli Bankının sədri Adam Qlapinski “Gazeta Polska”ya müsahibəsində deyib.

Onun fikrincə, hətta ölkənin özündə xaos riski belə AFR-nin planlarına mane olmayacaq.
Qlapinski əlavə edib ki, Almaniyanın əvvəlcə Şərqi Almaniyadakı, yəni Sovet İttifaqının nəzarətində olan Almaniya Demokratik Respublikasındakı torpaqları qaytarmaq planı var idi və o, bunu uğurla həyata keçirdi. İndi Milli Bank rəhbərinin sözlərinə görə, Berlin İkinci Dünya Müharibəsindən sonra Polşaya keçmiş torpaqları qaytarmağı planlaşdırır.
“Söhbət hazırda Polşa sərhədləri daxilində olan torpaqların bu və ya digər formada qaytarılmasından gedir”, – deyə o vurğulayıb.
Milli Bankın rəhbəri həmçinin hesab edir ki, Berlin Almaniya ilə Rusiya arasındakı ərazini “tabe etmək” niyyətindədir.
Qlapinskinin sözlərinə görə, belə bir ssenari Böyük Britaniyanın Avropa İttifaqından çıxmasından sonra mümkün olub.
Qeyd edək ki, avqustun 16-da Polşanın Baş naziri Mateuş Moravetski Almaniya və Fransanın Avropa İttifaqını oliqarxiya üslubunda idarə etdiyini bildirib.



Xəbəri paylaş


 
 


Xəbər lenti