Taliban İranla sərhəddə üsyançı komandiri ÖLDÜRDÜ
17-08-2022, 12:57
Əfqanıstanda üsyançı komandir Mövlavi Mehdini İranla sərhəddə öldürülüb.Əyalətmedia.az“Interfax”a istinadən xəbər verir ki, bu barədə “Taliban” məlumat yayıb.
“İslam Əmirliyinin qüvvələri Saripul əyalətinin Bəlxab rayonunun üsyançı lideri Mövlavi Mehdini Herat vilayətinin sərhəd bölgəsində İrana qaçmaq istəyərkən öldürüb.”, – Talibanın müdafiə departamenti bildirib.
Qeyd edək ki, xəzər komandiri Mehdi iyun ayında Saripul əyalətinin Bəlxab rayonunda Talibana qarşı qiyam qaldırmışdı. İyunun sonunda “Taliban” qiyamı yatırdı və bir neçə gündən sonra xəzər komandirinin mövqelərinə basqın etdi.
Xəbəri paylaş



























