Müsəlmanlar insan sayılmır, onlara divan tutulur: film deyil, gerçəkdir

 
7-06-2022, 14:49            185 dəfə baxılıb
Azərbaycandakı ABŞ aşiqlərinin israrla dediklərinə və yazdıqlarına tam zidd olan həqiqət var: Birləşmiş Ştatların xarici siyasətində demokratiya, insan haqları və s. sadəcə, hədəf seçilmiş dövlətə təzyiq vasitəsidir.

ABŞ-ın göstərişlərini yerinə yetirən, Vaşinqtonun maraqları çərçivəsində davranan ölkədə isə hakimiyyət istədiyini edə bilər, çünki amerikalıların mənafeyi Vaşinqton üçün hər şeydən üstündür.

Hindistanın Çinlə qarşıdurması məsələsi varkən, Hindistandakı islamofobiya, müsəlmanlara qarşı repressiyalar, xristianların təqib olunması, məscidlərə hücumlar və s. Vaşinqtonu əsla maraqlandırmır.

Narendra Modi hakimiyyəti Çinə qarşı mövqelərində sabit olunca, ABŞ korporasiyaları üçün Hindistanda "əlverişli" mühiti qoruyursa istədiyini edə bilər - müsəlmanları hətta gettolara da yerləşdirə bilər.

Hindus faşizmi, müsəlmanlara qarşı ifrat dözümsüzlük və düşmənçilik, hindutva Qərbin maraqlarına hələlik cavab verir.

Qərbin geosiyasəti budur.

... "Bharata Canata Parti"nin idarə etdiyi Hindistan indi müsəlmanlar və xristianlar üçün dünyada ən təhlükəli dövlətlərdən birinə çevrilib. Müsəlmanlarla xristianları Hindistanda fiziki, psixologi və iqtisadi təqiblərə məruz qoyurlar.

Müsəlmanların dini ayinlərini, gündəlik yaşam qaydalarını, hətta yeməklərini belə, kriminallaşdıran qanunlar qəbul olunur.

1,4 milyard əhalisi olan Hindistanda yaşayanların təqribən 15 faizi müsəlman, 80 faizi hindusdur.

Orxan Hun
Milli.Az



Xəbəri paylaş


 
 


Xəbər lenti