Ukraynanın yeni baş naziri seçildi – FOTO

 
17-07-2025, 13:36           
Ukraynanın müstəqillik tarixində ikinci dəfə qadın Baş nazir seçilib.
Əyalətmedia.az “Report”a istinadən bildirir ki, iyulun 17-də Ali Radanın plenar iclasında Yuliya Siridrenkonun namizədliyi təsdiqlənərək Baş nazir seçilib.
Y. Siridrenko buna qədər Ukraynanın iqtisadiyyat naziri olub. 39 yaşlı yeni Baş nazir əslən Çerniqov şəhərindəndir. Karyerasına Çerniqov vilayət administrasiyasından başlayıb.
İclasda prezident Volodimir Zelenski də iştirak edib.
Müstəqil Ukraynanın tarixində ilk qadın Baş nazir Yuliya Timoşenko olub.
ukr 16



Xəbəri paylaş


 
 


Xəbər lenti