İranda qeyri-adi geyimlərin satışı QADAĞAN OLUNUR

 
18-08-2022, 11:35            158 dəfə baxılıb
“Ölkədə qeyri-adi geyimlərin satışının qarşısı alınacaq”.
Əyalətmedia.az İran mediasına istinadla xəbər verir ki, bunu Tehran şəhər Polis İdarəsinin rəisi Həsən Rəhimi jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, polis qeyri-ənənəvi geyimlərin qarşısını alacaq.


“Polis harda qeyri-ənənəvi geyimlərin paylanmasını və satışını müşahidə edərsə, onları yığışdıracaq. İslam qaydalarına əməl etməyən geyim mağazaları cəzalandırılacaq.
Cırıq şalvar və bədəni aşkar edən geyimlər də daxil olmaqla İran və İslam mədəniyyətinə zidd olan qeyri-ənənəvi geyimlərin qarşısı qətiyyətlə alınacaq”, – deyə rəis bildirib.
Onun sözlərinə görə, hazırda bu məsələ ticarət mərkəzlərinə nəzarət polisi tərəfindən diqqətdə saxlanılır. Bunu edənlər ciddi şəkildə cəzalandırılacaq və bütün qeyri-ənənəvi geyim və aksesuarlar yığışdırılacaq.



Xəbəri paylaş


 
 


Xəbər lenti