Trampa görə 4 000 əməkdaş vəzifəsini tərk edir
26-08-2025, 14:47

ABŞ-da NASA işçilərinin kütləvi şəkildə vəzifələrini tərk etdiyi bildirilib. Təxminən 4 000 nəfər, agentliyin ümumi işçi qüvvəsinin beşdə biri, Trump administrasiyasının inzibati səmərəlilik adı altında təqdim etdiyi ixtisar və təqaüd proqramlarını qəbul edib.
Ayalatmedia.az Haber Global-a istinadən xəbər verir ki,mütəxəssislər uzun müddət xidmət etmiş kadrların itirilməsinin texniki biliklərdə və davam edən layihələrdə boşluq yaratdığını vurğulayırlar. NASA daxilindəki iğtişaşları göstərən “Voyager Bəyannaməsi” məktubunda işçilər “qorxuya əsaslanan mədəniyyət” və “ixtiyari dəyişikliklər” səbəbindən missiya və astronavt təhlükəsizliyinin risk altında olduğunu bildiriblər.Ekspertlər qeyd edirlər ki, bu ixtisarlar yalnız inzibati və iqtisadi düzəliş kimi təqdim olunsa da, əslində agentliyin institusional yaddaşını və uzunmüddətli missiyaların davamlılığını sarsıdan ciddi böhranın göstəricisidir.
Xəbəri paylaş



























