Ermənistanın Avstriyadakı konsulu saxlanılıb - Azərbaycan üçün casusluq edirmiş

 
29-08-2025, 11:48           
Ermənistanın Avstriyadakı konsulu Aşxen Aleksanyan saxlanılıb.
Musavat.com xəbər verir ki, diplomatik nümayəndə təxminən iki ay əvvəl Ermənistana qayıdarkən hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülüb.

Onun üzərindən “Azərbaycanın xeyrinə casusluq” şübhəsi doğuran sənədlərin aşkarlandığı bildirilir.
Hadisədən sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti Xarici İşlər Nazirliyinin binasında axtarış aparıb. Məlumata əsasən, kompüterlər və sənədlər yoxlanılıb.
İddiaya görə, məsələ geniş ictimaiyyətə çatdırılmayıb və qalmaqalın böyüməsinin qarşısı alınmağa çalışılıb.



Xəbəri paylaş


 
 


Xəbər lenti