Haluk Bayraktar Ukrayna Prezidenti ilə görüşüb

 
19-08-2022, 12:38           
"Baykar Makina"nın baş direktoru Haluk Bayraktar Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş barədə təəssüratını bölüşüb.
“Əyalətmedia.az” xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.
“Xalqına liderlik, ordusuna ali baş komandanlıq edən Ukraynanın qəhrəmanı Prezident Zelenski ilə görüşdük. Ən qısa zamanda ədalətli və daimi sülhün təmin olunacağına ümid edirik”, - H.Bayraktar bildirib.
Qeyd edək ki, Türkiyə nümayəndə heyəti Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə avqustun 18-də Ukraynada səfərdə olub. H.Bayraktar da heyətin tərkibindəymiş.



Xəbəri paylaş


 
 


Xəbər lenti