İrana məxsus PUA ABŞ-ın Küveytdəki bazasına zərbə endirib

 
22-08-2022, 11:46           
İranın pilotsuz təyyarələri ABŞ Hərbi Hava Qüvvələrinin Küveytdəki bazasına çoxsaylı zərbələr endirib.

Əyalətmesdia.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum azı dörd pilotsuz uçuş aparatından istifadə edilərək həyata keçirilib.

Dəymiş zərər haqqında məlumat peyk görüntüləri ilə təsdiqlənir.

Zərərçəkənlər barədə məlumat hələlik açıqlanmayıb, lakin hərbi obyektin infrastrukturuna ciddi ziyan dəyib.

Hücuma görə məsuliyyəti “Taşkil əl-Varsin” qruplaşması öz üzərinə götürüb və qeyd edilir ki, hücumun səbəbi Qasım Süleymaninin qətlinə görə qisas almaq olub.






Xəbəri paylaş


 
 


Xəbər lenti