Pakistanda İmran Xana daha bir QADAĞA
22-08-2022, 11:51
Pakistanın tele-radio yayımı şurası telekanallara keçmiş baş nazir İmran Xanın çıxışlarını canlı yayımlamağı qadağan edib.Əyalətmedia.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə tənzimləyicinin mətbuat xidməti məlumat yayıb.
Qərar onun çıxışlarının konstitusiyaya və medianın davranış kodeksinə zidd olması ilə izah edilib.
Rəsmi təşkilat hesab edir ki, telekanallar dövlət qurumlarına qarşı materialların yayımının qarşısı almalıdırlar.
Xəbəri paylaş



























