Rusiyanın 5-ci ən böyük neft email zavodu yanır – VİDEO

 
1-10-2025, 12:37           
Rusiyanın Yaroslavl şəhərində “Slavnafta” şirkətinə məxsus “Yaroslavnefteorqsintez” neft emalı zavodunda yanğın başlayıb.
“AzPolitika” xəbər verir ki, gücünə görə Rusiyanın 5-ci ən iri müəssisəsi olan bu neft emalı zavodunda baş verən güclü yanğının videoları “Astra” daxil olmaqla Rusiyanın bir çox “telegram” kanalları tərəfindən paylaşılıb.
Yaroslavl vilayətinin qubernatoru Mixail Evrayev yanğını təsdiqləsə də, bunun pilotsuz təyyarənin zərbəsi deyil, “texnogen faktorlar” səbəbindən baş verdiyini deyib: "Sakinlər bunun düşmənin hücumu nəticəsində ola biləcəyindən narahat idilər. Lakin bu gün heç bir PUA aşkarlanmayıb".
Rusiya neftayırma zavodları son zamanlar dəfələrlə Ukrayna pilotsuz təyyarələri tərəfindən hücuma məruz qalıb və bu, istehsalın dayandırılmasına, yanacaq təchizatının kəsilməsinə və yanacağın qiymətlərinin artmasına səbəb olub.
“AzPolitika.info”










Xəbəri paylaş


 
 


Xəbər lenti