Ukraynada bu dəhşətli silahdan istifadə edilir

 
26-08-2022, 11:52            63 dəfə baxılıb
Bu gün Ukrayna dünyada kaset sursatlarından istifadə edilən yeganə ölkədir.
Əyalətmedia.az xəbər verir ki, bu barədə “Human Rights Watch” təşkilatının hesabatında qeyd olunub.
Bildirilir ki, Rusiya Ukraynada müharibə başlayandan yüzlərlə kasetli sursatdan istifadə edib. Bu isə Ukraynanın 24 rayonundan ən azı 10-na təsir edib. Fevralın 24-dən iyula qədər belə hücumlar nəticəsində 689 mülki şəxs həlak olub.
Rusiyanın Ukraynada həm köhnə, həm də yeni hazırlanmış kasetli sursat nümunələrindən istifadə etdiyi də qeyd olunur.
Təşkilat həm Rusiya, həm də Ukraynanı kasetli sursatların istifadəsindən imtina etməyə və bu silah növünü qadağan edən 2008-ci ildə qəbul olunmuş beynəlxalq konvensiyaya qoşulmağa çağırıb.






Xəbəri paylaş


 
 


Xəbər lenti