“Paşinyan Rusiyanın pulu ilə Moskvaya zərbə vurur” - ŞOK İDDİA
26-01-2026, 14:11

Ermənistan hakimiyyətinin son dövrlərdə Rusiyaya qarşı sərt bəyanatları, “hibrid müharibə” ittihamları və Moskvanın hətta kilsə üzərindən təsir göstərdiyi iddiaları regionda yeni siyasi gərginlik yaradıb.
Məsələ ilə bağlı yerli kremlpərəst politoloq Hrant Mikaelyan maraqlı açıqlamalar verib.
Erməni ekspertin iddiasına görə, İrəvanın bu ritorikası əslində öz təşəbbüsü deyil, Qərbin diktə etdiyi siyasi xəttin tərkib hissəsidir.
Mikaelyanın sözlərinə görə, Ermənistan hakimiyyəti Brüsseldən gələn siyasi tezisləri olduğu kimi təkrarlayır. Burada heç bir müstəqil qərardan söhbət getmir.
Erməni politoloqun fikrincə, Paşinyan bu proseslərin müəllifi deyil:
“Bu, Paşinyanın şəxsi siyasəti yox, böyük geosiyasi oyunun Ermənistana köçürülmüş formasıdır. O, sadəcə bu prosesin icraçısı rolundadır”.
Mikaelyan hesab edir ki, yaxın perspektivdə Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması real deyil:
“Paşinyan Rusiya ilə münasibətləri ciddi şəkildə zəiflədib. Müttəfiqlik münasibətləri faktiki olaraq formal xarakter alıb. Bu, artıq köklü dəyişiklikdir”.
Onun bildirdiyinə əsasən, Ermənistan hələlik iqtisadi səbəblərdən Aİİ-də qalmağa məcburdur, lakin Avropaya inteqrasiya xətti davam edir.
Erməni ekspertin ən diqqətçəkən fikirlərindən biri Ermənistan iqtisadiyyatı ilə bağlıdır:
“Hazırda Ermənistanın iqtisadi vəziyyətinin yaxşı olması əsasən Rusiya ilə əlaqələr hesabınadır. Paşinyan isə bu imkanlardan istifadə edərək Rusiyadan uzaqlaşma siyasəti aparır”.
Musavat.com

Xəbəri paylaş