“Hizbullah”ın parlament fraksiyasının rəhbəri öldürüldü

 
2-03-2026, 10:21           
İsrail Livana zərbələr endirməyə başlayıb.
Əyalətmedia.az  xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Mətbuat xidməti məlumat yayıb.
Hədəflərin “Hizbullah” təşkilatının obyektləri, o cümlədən silah anbarları və hərbi infrastrukturun digər obyektləri olduğu bildirilir.
Səhər saatlarında Beyruta endirilmiş aviazərbələr nəticəsində “Hizbullah”ın parlament fraksiyasının rəhbəri Məhəmməd Raad öldürülüb. Bundan başqa, İsrailin Beyrut ətrafına zərbələri nəticəsində azı 10 nəfərin öldüyü qeyd olunub.
Xatırladaq ki, daha əvvəl “Hizbullah” hərəkatı İranın ali lideri Ayətullah Əli Xameneinin öldürülməsinə cavab olaraq, İsrail ərazisinə raket və pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib.



Xəbəri paylaş


 
 


Xəbər lenti