Yaxın Şərqin ən hündür körpüsü VURULDU: Dəhşətli hücumun görüntüləri - FOTO

 
3-04-2026, 15:14           

ABŞ-nin İrandakı "B1" körpüsünə təşkil etdiyi iki hava hücumundan sonra nəhəng tikilidə ağır dağıntılar meydana gəlib.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, körpünün orta və kənar hissələrinin çökməsi nəticəsində infrastruktura ciddi ziyan dəyib, hadisə yerinə baxış keçirən layihə rəhbəri Əbülfəzl Rəhmani gördüyü mənzərə qarşısında göz yaşlarını saxlaya bilməyib.

ABŞ ordusunun aprelin 2-də həyata keçirdiyi iki ayrı hava zərbəsi nəticəsində körpünün əsas konstruksiyasında ciddi çökmələr yaşanıb.

Əlburz vilayətinin Kərəc şəhəri ilə paytaxt Tehranı birləşdirməsi planlaşdırılan və "Yaxın Şərqin ən hündür körpüsü" kimi tanınan layihənin böyük bir hissəsi tamamilə yararsız hala düşüb.

Hücumun miqyası təkcə infrastrukturla məhdudlaşmayıb. Rəsmi məlumatlara görə, bombardman nəticəsində 8 nəfər həyatını itirib, 95 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Eyni zamanda, "B1" körpüsünün yaxınlığında yerləşən kəndlərdə və mülki yaşayış məskənlərində də ciddi dağıntıların olduğu bildirilir.

İran və ABŞ arasındakı qarşıdurmanın hərbi hədəflərdən strateji infrastruktur layihələrinə keçməsi regionda gərginliyin daha da artacağından xəbər verir.

Hazırda səlahiyyətli qurumlar dəymiş ziyanın tam miqyasını müəyyənləşdirmək üçün araşdırmaları davam etdirir.






Xəbəri paylaş


 
 


Xəbər lenti