Tramp İranın heyfini NATO-dan alacaq? – Qəzəbli paylaşım etdi və Qrenlandiyanı xatırlatdı
10-04-2026, 11:06
ABŞ Prezidenti Donald Tramp NATO Baş katibi Mark Rutte ilə qapalı keçirilən görüşdən sonra “Truth” sosial şəbəkəsindəki hesabında qəzəbli paylaşım edib.O, bir daha bildirib ki, NATO ehtiyacları olan vaxtı ABŞ-ni da dəstəkləməyib.
“NATO bizə ehtiyac duyduğumuz zaman yanımızda deyildi və yenə ehtiyacımız olarsa, olmayacaq. Qrenlandiyanı xatırla, o böyük, pis idarə olunan buz parçasını!!!”, – Prezident bildirib.
Rutte isə CNN-ə açıqlamasında görüşü “iki yaxşı dost arasında səmimi və açıq müzakirə” kimi təsvir edib və Trampın məyusluğunu başa düşdüyünü bildirib.
O, Avropa ölkələrinin ABŞ-yə müxtəlif yollarla – logistika, uçuşlar və baza dəstəyi məsələlərində kömək etdiyini vurğulayıb.
Rutte Trampın NATO-dan çıxmaq niyyətini açıq şəkildə şərh etməsə də, Avropanın böyük bir hissəsinin İranın “xaos ixracı” qabiliyyətinə qarşı ABŞ-ni dəstəklədiyini bildirib. /azpolitika.info
Xəbəri paylaş



























