Ukraynada rusiyalı əsgərlərlə bağlı daha 8 cinayət işi başlanılıb
8-06-2022, 16:18 61 dəfə baxılıb
Ukraynada rusiyalı əsgərlərlə bağlı daha səkkiz hərbi cinayət işi başlanılıb.
“Qafqazinfo” “CNN”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Baş prokuroru İrina Venediktova milli televiziyada açıqlayıb.
“Söhbət təkcə əməliyyata gələn döyüşçülərdən deyil, mülki insanları zorlamağa, qarət etməyə, öldürməyə gələnlərdən də gedir”, - deyə Venediktova bildirib.
O, həmçinin prokurorların 16 minə yaxın hərbi cinayət işi üzrə araşdırma apardığını da deyib.
Xatırladaq ki, mayın 23-də 21 yaşlı rus əsgər Vadim Şişimarin Ukraynada silahsız bir şəxsi öldürdüyünə görə ömürlük həbs cəzasına məhkum edilib.

Xəbəri paylaş