Xarkov atəşə tutuldu - Ölən və yaralılar var
8-09-2022, 13:43
Ukraynanın Xarkov şəhəri Rusiya ordusu tərəfindən reaktiv yaylım atəşi sistemləri ilə atəşə tutulub.“Əyalətmedia.az” Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Xarkovun meri İqor Terexov açıqlayıb.
Hadisə nəticəsində 2 nəfər həlak olub, daha 5 nəfər isə yaralanıb.
Hazırda xəsarət alanların dəqiq sayı və dağıntılar barədə məlumat dəqiqləşdirilir.
Xəbəri paylaş



























