Dünya nəyə hazırlaşır? Həyəcan siqnalı verildi: "Ərzaq və dərman toplayın" - ŞOK

 
Bu gün, 10:23           
Dünyanın müxtəlif bölgələrində hökumətlər mümkün böhranlara qarşı vətəndaşlarını əsas tələbat məhsullarını əvvəlcədən təmin etməyə çağırır. Ərzaq, içməli su və dərman ehtiyatlarının artırılması ilə bağlı tövsiyələr diqqət çəkir. Bəzi ölkələr ən azı 72 saat, digərləri isə bir həftəyə qədər kifayət edəcək fövqəladə vəziyyət ləvazimatlarının saxlanılmasını məsləhət görür.
Musavat.com xəbər verir ki, ABŞ və Avropa ölkələrinin də daxil olduğu 33 dövlətdə yayımlanan fövqəladə vəziyyət təlimatlarında ərzaq, su, dərman və nağd pul kimi zəruri vasitələrin əvvəlcədən təmin edilməsi tövsiyə olunur.
Bəzi ölkələrdə üç günlük ehtiyat kifayət hesab edilsə də, digərlərində bu müddət 10 günə, hətta iki həftəyə qədər uzanır.
Avropa başda olmaqla, bir çox ölkədə vətəndaşlardan fövqəladə vəziyyətlərdə müəyyən müddət ərzində əsas ehtiyaclarını müstəqil şəkildə qarşılaya biləcək hazırlıq görmələri istənilir.
Fransa və İngiltərədə ailələrə ən azı 72 saatlıq fövqəladə vəziyyət ehtiyatı saxlamaq tövsiyə edilir. Kanada, Yaponiya, Meksika və Niderlandda da üç günlük əsas tələbat məhsullarının əvvəlcədən təmin olunması ön plana çıxır.
İsveç və Norveçdə vətəndaşlara təxminən bir həftəlik ehtiyaclarını ödəyəcək ləvazimatlar saxlamaq məsləhət görülür. Almaniyanın tövsiyələrində isə 10 günə qədər kifayət edəcək əsas tələbat məhsullarının siyahısı yer alır.
ABŞ-da da bir neçə günlük ərzaq, su və fövqəladə vəziyyət ləvazimatlarının saxlanılması ilə bağlı rəsmi təlimatlar mövcuddur.
Ölkələrin hazırlıq təlimatlarında tövsiyə edilən vasitələr əsasən bir-birinə bənzəyir. Uzun müddət xarab olmadan saxlanıla bilən ərzaqlar, içməli su, müntəzəm istifadə edilən dərmanlar, ilk yardım ləvazimatları, əl fənəri, batareyalar və batareya ilə işləyən radio əsas ehtiyaclar sırasında göstərilir.
Bu hazırlıqların məqsədi elektrik enerjisinin kəsilməsi, daşqınlar, kəskin hava hadisələri, kiberhücumlar və kritik xidmətlərdə yarana biləcək fasilələr zamanı insanların ilk günləri daha təhlükəsiz keçirməsinə kömək etməkdir.
Avropa İttifaqı 2025-ci ilin martında açıqladığı Hazırlıq Birliyi Strategiyası çərçivəsində böhranlara qarşı daha koordinasiyalı fəaliyyət göstərməyi hədəfləyir.
Birlik vətəndaşların ən azı 72 saat ərzində öz ehtiyaclarını müstəqil şəkildə qarşılaya bilməsini təşviq edir. Eyni zamanda ərzaq, su, tibbi ləvazimatlar, enerji avadanlıqları və kritik xammal ehtiyatlarına çıxışın təmin edilməsinə diqqət yetirir.
Musavat.com





Xəbəri paylaş


 
 


Xəbər lenti