Neçayev: "Almaniya Kiyevi öldürücü silahlarla təmin edərək qırmızı xətti keçib"
12-09-2022, 15:20 63 dəfə baxılıb
“Almaniya Kiyevi öldürücü silahlarla təmin edərək qırmızı xətti keçib”.
Əyalətmedia.azxəbər verir ki, bu barədə Rusiyanın Almaniyadakı səfiri Sergey Neçayev “İzvestiya”ya müsahibəsində deyib. O bildirib ki, Almaniya öz öldürücü silahlarının Ukraynaya çatdırılmasına başlamaqla qırmızı xətti keçib.
“Ukrayna rejimini alman istehsalı olan öldürücü silahlarla təmin etmək faktının özü alman hakimiyyətinin keçməməli olduğu qırmızı xəttdir. Bu silahlar təkcə Rusiya hərbçilərinə qarşı deyil, həm də Donbasın mülki əhalisinə qarşı istifadə edilir ”, – diplomat hesab edir.
Rusiya nümayəndəsinin sözlərinə görə, Ukraynanın silahla “doldurulmasını” NATO-dakı anqlo-sakson müttəfiqləri Almaniyadan tələb edir. O, bunu “sonu görünməyən yol” adlandırıb və belə bir strategiya ilə qurbanların sayının artacağını proqnozlaşdırıb.

Xəbəri paylaş