Amerika Dövlət Departamentindən ölkə vətəndaşlarına XƏBƏRDARLIQ: "İrana səfər etməyin"
9-06-2022, 12:56 58 dəfə baxılıb
Amerika Dövlət Departamentindən ölkə vətəndaşlarına xəbərdarlıq edib.
KONKRET.az xəbər verir ki, Amerikanın Dövlət Departamenti ölkə vətəndaşlarına xəbərdarlıq edərək, İran hökuməti tərəfindən oğurlanma və özbaşına həbs edilmə ehtimalı ilə əlaqədar bu ölkəyə səfər etməməyi tövsiyə edib.
Bu xəbərdarlıq Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Qəyyumlar Şurasının İranın nüvə proqramında qalan qeyri-müəyyənliklərə görə, IAEA ilə kifayət qədər əməkdaşlıq etməməsinə dair qətnaməni qəbul etməsindən qısa müddət sonra edilib.
İranın nüvə proqramı ilə bağlı Vyana danışıqları həftələrdir dalana dirəndiyi halda, Amerikanın bir çox siyasi fəalları və rəsmiləri Bayden hökumətini İranla razılaşmanı bu ölkədəki amerikalı məhbusların, o cümlədən Siyamək və Baqeri Namazi və Emad Şərqinin azad edilməsi şərti ilə imzalamağa çağırıblar.
Xəbəri paylaş