Putinin səhhəti ilə bağlı yeni iddia
10-06-2022, 11:59 80 dəfə baxılıb
Son zamanlar Rusiya Prezidenti Vladimir Putinin səhhəti ilə bağlı çox sayda məlumat yayılıb. Bildirilir ki, o, onkoloji xəstəlikdən əziyyət çəkir və bu səbəbdən də əməliyyat olunub. Kreml isə, öz növbəsində bu məlumatları təkzib edir və Putinin tamamilə sağlam olduğunu bəyan edirlər.
“Qafqazinfo” xəbər verir ki, Fransanın “Paris Match” nəşri Rusiyanın “Proekt” nəşrinin əməkdaşı Mixail Rubinin iştirakı ilə hazırladığı materialda Putinin səhhəti məsələsi ilə bağlı yeni iddia irəli sürüb.
İddiaya görə, V. Putini xarici səfərlərdə Federal Mühafizə Xidmətinin xüsusi əməkdaşı müşayiət edir. Sözügedən şəxs Rusiya Prezidentinin nəcis və sidiyinin toplanmasına cavabdehdir.
Jurnalistlərin məlumatına görə, 2017-ci ildən etibarən bu mühafizəçi Putinin səhhəti ilə bağlı məlumatı gizli saxlamaq üçün topladığı nəcis və sidik nümunələrini Rusiyaya aparır.
“Proekt” nəşri daha əvvəl yazırdı ki, 2016-cı ildən 2020-ci ilə qədər Putini səfərlərində Mərkəzi Klinik Xəstəxananın həkim qrupu müşayiət edib və onlar arasında qalxanabənzər vəzi xərçəngi üzrə mütəxəssis də olub.

Xəbəri paylaş