Putinə inam azalıb – Gənclərin 56 faizi qorxu içərisindədir (SORĞU)
30-09-2022, 13:29 141 dəfə baxılıb
Rusiya prezidenti Vladimir Putinin reytinqi sentyabrda bir ay əvvəllə müqayisədə 6 faiz azalaraq 77 faizə düşüb. Bu, prezident qismən səfərbərlik elan edəndən sonra baş verib.
"Əyalətmedia.az" xəbər verir ki, bu barədə Rusiya mətbuatı "Levada" sorğu mərkəzinin açıqladığı ictimai rəy sorğularının nəticələrinə istinadən ayzıb. Qeyd olunur ki, avqust ayında Putinin fəaliyyətini rəyi soruşulanların 83 faizi dəstəkləyirdi.
"Levada" mərkəzi bildirir ki, Ukraynaya müdaxilə ərəfəsində Putinin reytinqi 70 faiz idi, müharibə başlanandan sonra isə bu rəqəm 80 faizə qalxmışdı. Lakin sorğu zamanı respondentlərə hansı siyasətçini dəstəklədikləri barədə açıq sual verilərkən Putinin reytinqi 44 faizdən 40 faizə enib.
"Levada" mərkəzi bildirir ki, Rusiyada hakimiyyətin başqa nümayəndələrinə də etimad azalıb. Eyni zamanda ölkədə işlərin düzgün istiqamətdə getdiyini düşünənlərin sayı da səfərbərlik elanından sonra 7 faiz azalıb.
Avqust ayında hökumətin siyasətini dəstəkləyənlər 67 faiz idi. Levadanın respondentləri habelə səfərbərliyə münasibət barədə suala cavab veriblər. Bu sahədə mənfi emosiyalar üstünlük təşkil edir.
Rəyi soruşulanların yarısı səfərbərlik xəbərindən qorxuya düşüb. Respondentlərin 23 faizi səfərbərlik xəbərindən şok yaşadığını bildirib. Respondentlərin 13 faizi səfərbərliklə bağlı qəzəbini bildirib
Rəyi soruşulanların 23 faizi “Rusiya ilə qürur duyduğunu” deyib.
24 yaşınadək respondentlər arasında səfərbərlikdən qorxu, vahimə və dəhşət keçirənlərin faizi 56 olub.
Rusiyada keçirilən aylıq ənənəvi rəy sorğusu göstərib ki, rusiyalılar sentaybr ayında Ukrayna ilə bağlı daha çox narahatlıq keçiriblər.
Narahtlıq keçirənlər respondentlərin 56 faizini təşkil ediblər. Bu, müharibə başlanandan bəri ən böyük rəqəmdir.Rusiya hərbçilərinin Ukraynadakı hərəkətlərini dəstəkləməyənlərin faizi də müharibənin əvvəlindən ən yüksək həddə - 24 faizə çatıb. Habelə sülh danışıqlarını dəstəkləyənlərin faizi (48 faiz) də ilk dəfə olaraq müharibəni dəstəkləyənlərdən (44 faiz) çox olub.

Xəbəri paylaş