“Konstitusiyada müəyyən edilmiş prosedura uyğun olaraq növbəti ordu rəisinin təyin edilməsinə razılıq verəcəyəm” – Pakistan Prezidenti

 
11-10-2022, 11:50            132 dəfə baxılıb
Pakistan Prezidenti Arif Alvi konsensusun əldə edilməsi üçün Baş Qərargah rəisinin təyin edilməsi ilə bağlı daha geniş məsləhətləşmələrə ehtiyac olduğunu deyib.
“Aaj TV”-ə müsahibəsində Prezident məsləhətləşmələr başa çatdıqdan sonra təyinatın xülasəsinin ona göndərilməsini istəyib.
Bu qərarda onun rolu ilə bağlı sualı cavablandıran Prezident Alvi, Konstitusiyada müəyyən edilmiş prosedura uyğun olaraq növbəti ordu rəisinin təyin edilməsinə razılıq verəcəyini söyləyib.
O bildirib ki, əvvəllər də ordu rəisinin təyinatı ilə bağlı müxalifətlə məsləhətləşib aparılıb. Prezident qeyd edib ki, Pakistan Təhrik-i İnsaf partiyasının (PTI) rəhbəri İmran Xan 2019-cu ildə ordu generalı Qamar Cavid Bacvanın üç illik səlahiyyət müddətini uzadarkən o vaxtkı müxalifətlə oxşar müzakirə aparılıb.
Baş Qərargah rəisi, ordu generalı Qamar Cavid Bacva noyabrın 29-da təqaüdə çıxmağa hazırlaşır. Vaşinqtonda keçirilən görüşlərdə noyabr ayında uzadılmış səlahiyyət müddətinin sonunda ordu generalının istefa verəcəyi təsdiqləndikdən sonra səlahiyyətlərinin bir müddət uzadılması ilə bağlı bütün fərziyyələrə son qoyulub.
A.Alvi müsahibəsində həmçinin, keçmiş Baş nazir İmran Xanın xaricdən ona edilən sui-qəsdlə bağlı açıqlamasına da toxunub. O, ABŞ-ın İmran Xanı devirmək üçün sui-qəsd hazırladığına əmin olmadığını deyib: “Hər hansı bir sui-qəsdin olduğundan əmin deyiləm. Amma mənim şübhələrim var və bununla bağlı araşdırma aparılmalıdır”.
Hazırkı hökumətlə PTİ arasında boşluqların aradan qaldırılması ilə bağlı suala cavab olaraq Alvi ölkənin Prezidenti kimi qərəzsiz olduğunu və PTİ ilə əlaqəsinin keçmişdə qaldığını, “partiya mənim keçmişimdir. Bu, çox gözəl keçmişdir” deyib.
İ.Xanın planlaşdırdığı yürüşə və burada ordunun roluna gəlincə, Pakistan Prezidenti deyib ki, ordu konstitusiyadakı rolunu oynamalıdır.



Xəbəri paylaş


 
 


Xəbər lenti