Rusiya-Ukrayna müharibəsi dünyada nüvə arsenallarının böyüməsinə yol açır

 
13-06-2022, 11:17           
Qlobal nüvə arsenalının soyuq müharibədən sonra ilk dəfə artacağı gözlənilir.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) analitik mərkəzi bildirib.
Bildirilir ki, Rusiyanın Ukraynaya müdaxiləsi və Qərbin Kiyevə dəstəyi dünyanın 9 nüvə dövləti arasında gərginliyi artırıb.
SIPRI-nin məlumatına görə nüvə gücləri tərəfindən təcili tədbirlər görülməsə, döyüş başlıqlarının qlobal ehtiyatları onilliklər ərzində ilk dəfə artacaq.
“Nüvə dövlətlərin hamısı öz arsenallarını artırır və ya inkişaf etdirir. Onların əksəriyyəti nüvə ritorikasını və nüvə silahlarının hərbi strategiyasında oynadığı rolu kəskinləşdirir. Bu, çox narahatedici tendensiyadır”, –  İnstitutun Kütləvi qırğın silahları proqramının direktoru Vilfred Vanq deyib.
Belə ki, Ukraynada müharibənin başlamasının üçüncü günündə Rusiya Prezidenti Vladimir Putin ölkənin nüvə qüvvələrini yüksək döyüş hazırlığı vəziyyətinə gətirib.
Qeyd edək ki, Rusiya ümumilikdə 5977 döyüş başlığı ilə dünyanın ən böyük nüvə arsenalına malikdir ki, bu da ABŞ-dan 550 ədəd çoxdur.
Mərkəzin məlumatına görə, nüvə başlıqlarının qlobal sayı 2021-ci ilin yanvarında 13 080-dən 2022-ci ilin yanvarında 12 705-ə düşüb.



Xəbəri paylaş


 
 


Xəbər lenti