II Qaregin, I Aram və daşnaklar ümumerməni sammitində iştirakdan imtina ediblər

 
26-10-2022, 13:24            85 dəfə baxılıb
Dünya ermənilərinin baş keşişi II Qaregin və Kilikiya evinin (Livan, Suriya və Kiprin yunan hissəsindəki ermənilər) baş keşişi I Aram, eləcə də Daşnaksütyun Partiyası ümumerməni sammitində iştirakdan imtina ediblər.
“Əyalətmedia.az” “Novosti Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın diaspor üzrə komissarı Zare Sinanyan məlumat verib.
Onun sözlərinə görə, II Qaregin və Daşnaksütyun Partiyası hökumətlə aralarındakı siyasi baxışlara, I Aram əlverişsiz hava şəraiti və atmosferin zəhərli olması səbəbindən tədbirdə iştirakdan imtina ediblər.
Xatırladaq ki, Nikol Paşinyan hökuməti ilə kilsə rəhbərliyi arasında münaqişə 4 ilə yaxındır davam edir.



Xəbəri paylaş


 
 


Xəbər lenti