Sobçak Belarus-Litva sərhədini piyada keçib - Video
27-10-2022, 12:12
Xəbər verdiyimiz kimi, rusiyalı aparıcı və ictimai xadim Kseniya Sobçak oktyabrın 25-dən 26-na keçən gecə Rusiyanı tərk edib. O, Belarusdan Litvaya gedib.“Əyalətmedia.az” xəbər verir ki, aparıcının Belarus-Litva sərhədini piyada keçdiyi anın görüntüləri sosial şəbəkələrdə yayılıb.
TASS-ın xəbərinə görə, K. Sobçak “Rostex” dövlət korporasiyasından hədə-qorxu ilə tələbetmə işində şübhəli bilinir.
Sobçak özü məsələni şərh etmir. TASS qeyd edir ki, irəli sürülmüş ittihamlar aparıcının 15 ilədək həbs olunması ilə nəticələnə bilər.
***
Litva tərəfi Sobçakın ölkəyə gəldiyini təsdiqləyib.
Litva Dövlət Təhlükəsizliyi Departamentinin direktoru Darüs Yaunişkis bildirib ki, Sobçak İsrail vətəndaşıdır: “Bununla da o, Litvaya gələ bilər, viza tələb olunmur və burada 90 gün qala bilər”.
Xəbəri paylaş



























