Putindən Türkiyəyə jest: Sazişdən çıxmamışıq!
1-11-2022, 10:38
Rusiya yoxsul ölkələrə yardım məqsədilə taxıl sazişinə qoşuldu, lakin taxılın 35 faizi Avropa Birliyi ölkələrinə çatır, yalnız 3-5 faiz ehtiyacı olanlara göndərilirdi.Əyalətmedia.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
“Rusiya taxıl sövdələşməsində iştirakdan imtina etdiyini söyləmir, söhbət müvəqqəti dayandırmaqdan gedir”, - deyə Kreml rəhbəri bildirib.
Qeyd edək ki, taxıl sazişi Türkiyə lideri Ərdoğanın vasitəçiliyi ilə əldə edilmişdi. Rusiya isə Qara dəniz Donanmasına hücum səbəbindən taxil sazişində iştirakını dayandırıb.
Xəbəri paylaş



























