Məhəmməd Peyğəmbərin təhqirinə görə Hindistan şəhərlərini kütləvi etirazlar bürüdü - Polis silahdan İSTİFADƏ EDİR

 
13-06-2022, 13:36            65 dəfə baxılıb
Hindistan şəhərlərini kütləvi etirazlar bürüyüb.
KONKRET.az xəbər verir ki, İğtişaşlar hakim partiyanın siyasətçisi Nupura Şarmanın çıxışından sonra başlayıb. Müzakirələr zamanı o, Məhəmməd Peyğəmbərin həyat yoldaşı Aişənin evləndiyi zaman yaşı ilə bağlı mübahisəli ifadələr işlədib ki, bu da müsəlman icması üçün təhqiredici kimi qiymətləndirilib. Bu, müsəlman cəmiyyətini incidib. Hindistan müsəlmanları etiraz məqsədilə küçələrə çıxıblar.
Lakin ölkə polisi etirazcı müsəlmanları saxlayaraq polis bölməsinə gətirib və dəyənəklə qəddarlıqla döyüblər. Buna baxmayaraq etirazlar davam edir.
Polis isə isə onları dağıtmaq yox, öldürmək qərarına gəlib. Onlar insanlara atəş açmağa başlayıblar.  Məlumata görə, azı 2 nəfər həlak olub, 12 nəfər yaralanıb.
Şarma vəzifədən uzaqlaşdırılsa da, partiya onun fikirlərini silsə də, qəzəbli hindlilərin izdihamının qarşısını almaq mümkün deyil.



Xəbəri paylaş


 
 


Xəbər lenti