İrəvanda silahlı basqın, külli miqdarda pul oğurlandı

 
13-06-2022, 14:13            94 dəfə baxılıb

İrəvanda yerləşən “Yerevan City” supermarketində yerləşən valyutadəyişmə məntəqəsinə maskalı naməlum şəxs hücum edib.
'
'Əyalətmedia.az xəbər verir ki, bu barədə Shamsyan.com saytı məlumat yayıb.
Nəşrin yazdığına görə, hadisə bazar günü 22:45 radələrində baş verib. Cinayətkar valyutadəyişmə məntəqəsinə daxil olduqdan sonra, işçini qumbara ilə hədələyərək kassanı ona verməsini tələb edib. O, pulu alan kimi hadisə yerindən uzaqlaşıb.
Əraziyə hüquq-mühafizə orqanları cəlb olunub.
Məlumata görə, hadisə nəticəsində valyutadəyişmə məntəqəsindən 4 milyon 500 min dram (təxminən 15,300 manat) pul oğurlanıb.



Xəbəri paylaş


 
 


Xəbər lenti