Molla rejimi hicab məsələsində güzəştə getmədi, etirazlar daha da dərinləşir...
27-12-2022, 12:43 89 dəfə baxılıb
İranşünasdan maraqlı analogiya: “İranda dünyəvi inqilabın qalib gəlməsinə maksimum üç ay...”
İranda molla rejiminin əleyhinə etiraz aksiyaları artıq dörd aydır ki, davam edir, amma etirazlar hələ də səngimək bilmir. Bu dəfə də İranın Babül, Kirman, Kirmanşah, Bəndər Abbas, Tehran, İsfahan, Məşhəd, Kərəc, Qəhdərican, Qəzvin və Şuş şəhərində və bir sıra şəhərlərində etiraz aksiyaları keçirilib. Etirazlarda “Xameneyiyə ölüm olsun! Diktatora ölüm olsun!”, “Azadlıq!”, “Bu il başqa ildir, Seyid Əli devrilibdir!”, “Ey Babül şəhərinin qeyrətli sakinləri, dəstək verin!” və digər şüarlar səsləndirilib. Sosial şəbəkələrdə İranda Xameneyi və Xameneyinin şəkillərinin xalq tərəfindən zibil qutusuna atıldığını əks etdirən fotoşəkillər yayımlanıb.Tehranın Nəvab şosesində azadlıq uğrunda inqilabın 100-cü günü münasibətilə etirazçı xalq bayraq asıb. İranın Babül (Mazandaran), Kirman (Kirman) və Şuş (Xuzistan) şəhərlərində etirazçılar “Bəsic” qüvvələrinin bazalarına Molotov kokteylləri ilə hücum ediblər. Babül şəhərində (Mazandaran) etirazçılar bütün şəhər sakinlərini etirazlara qoşulmağa çağıran şüarlarla nümayiş keçirib. Nümayişçilərin şüarı belədir: “Bu il qan ilidir, Seyid Əli (Xameneyi) devriləcəkdir!”, “Ey Babül şəhərinin qeyrətli sakinləri, dəstək verin!”
Qeyd edək ki, molla rejiminə qarşı davam edən nümayişlərlə bağlı 11 nəfər barəsində ölüm hökmü çıxarılıb. Hələ 15 minə yaxın etirazçının edam edilməsi gözlənilir. Parlamentdə oturan 290 millət vəkilindən 227-si bu qərarı dəstəkləyən səs verib.
Bununla belə, İran rejiminin əhalini edamla qorxutmaq jestinin özünü doğrultmadığı görünür. Çünki edamlara baxmayaraq insanlar ölkənin müxtəlif yerlərindən etirazlara qalxırlar.
Xəbəri paylaş